"Qəbələ"nin yeni transferi debütündən danışdı

18.07.2014 | 2603 dəfə oxunub

"Hollandiyada ilk oyunumuzu keçirdik. Bu mənim üçün "Qəbələ"nin heyətində ilk oyunum kimi əlamətdar oldu. Komandamızda yeni futbolçular çoxdu. Meydançada bir-birimizi anlamağa, uyğunlaşmağa çalışırıq". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Pavol Farkaş deyib.

Hollandiya toplanışı çərçivəsində keçirilən "Arnem" - "Qəbələ" (0:4) matçında ilk dəfə yeni komandasının formasını geyinən slovakiyalı futbolçu fikirlərini klubun rəsmi saytına bildirib: "Toplanış çərçivəsində daha 3 oyunumuz var. Bu oyunlarda problemlərimizi görəcəyik və onları Premyer Liqanın startına kimi aradan qaldırmağa çalışacağıq. Hazırlıq prosesinin sonunadək komplektləşmiş komanda olacağıq. Məşqlərimiz çox ciddi və maraqlı keçir. Hamı həvəslidi. Çempionata yaxşı başlamaq istəyirik. Çünki yaxşı başlanğıc gözəl nəticələrin davam etməsi üçün çox vacibdir. İnanıram ki, komanda olaraq bizdən gözlənənləri verə biləcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail