"Valleta"nın baş məşqçisi: "Yaxşı nəticə qazanacağıq"
21.07.2014 | 4107 dəfə oxunub
"Bilirik ki, yaxşı bir komandaya qarşı oynayacağıq. “Qarabağ” ötən illərdə Avroliqada yaxşı nəticə göstərib. Rəqibə olan hörmətə rəğmən qürurumuz üçün oynayacağıq". Stadium.az xəbər verir ki, bu sözləri “Valletta” klubunun baş məşqçisi Qilbert Aqius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunuöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.
Gənc mütəxəssis növbəti mərhələyə adlamaq şanslarının az olmadğını bildirib. O, eyni zamanda bunu bacarmağın çətin olduğunu da etiraf edib: “Valletta”da məşqçi kimi ilk oyunlarımı keçirirəm. Futbolçular dediyim tapşırıqların öhdəsindən gəlsələr, yaxşı nəticə qazanacağıq. Mənim üçün yaxşı oyun əsasdır, nəticə önəmli deyil. Heç vaxt bədbin olmamışıq. “Qarabağ”a təslim olmaq fikrimiz yoxdur. İlk oyunda qapıçımız yaxşı qurtarışlar etdi. Ancaq oyunun qəhramanı təkcə o deyildi. İnanıram ki, sabahkı oyunda qapıçımızın üzərinə çox iş düşməyəcək. Vətənə yaxşı nəticə ilə qayıdacağımıza ümid edirik”.