"Bakıda komandamın yanında olmamaq çox ağırdır"

23.07.2014 | 3177 dəfə oxunub

"Viza almaq üçün səfirliyə daha öncə müraciət etməli idik. Ancaq bunu bilmirdik. Ayaqlarım üstündə gəzsəydim, yaxşı olardı. Artıq nəyisə dəyişmək üçün çox gecdir. Təbii ki, komandamın yanında olmamaq çox ağırdır".

Stadium.Az-ın məlumatına görə, bu sözləri omba sümüyünü qırdığı üçün əlil arabası ilə gəzən "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson İsveç mətbuatına açıqlamasında deyib.

Viza ala bilməməsi səbəbindən Bakıya gəlməyən 45 yaşlı mütəxəssis onun yoxluğunun komadasının oyununa təsir etməyəcəyini bildirib: "Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Mənim Bakıda olmamağımın komandamın oyununa təsir edəcəyini düşünmürəm. Son vaxtlar birgə çox işlər görmüşük. İlk oyunda biz adət etdiyimiz "Elfsborq"u görmədik. Səfərdə daha yaxşı oynaya bilərik. Geridönüş etmək üçün yaxşı şansımız var. Bakıda qələbə qazanmaq mümkünsüz deyil. Əgər hesabı açsaq, bunun ardını gətirə bilərik".

Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "İnter" 1:0 hesabı ilə qələbə qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail