"Elfsborq"un məşqçisi: "Meydana yalnız qələbə üçün çıxacağıq"

24.07.2014 | 2769 dəfə oxunub

"Bu, bizim üçün vacib oyunlardan biridi. Mövsümə yaxşı başlamışdıq. Amma son dövrlər bunun davamını gətirə bilmirik". Stadium.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan danışan "Elfsborq"un məşqçisi Yan Mian deyib.

Bu gün Bakıda mətbuat konfransı keçirən məşqçi sabah baş tutacaq oyundan danışıb: "İnter"ə ilk oyundakı məğlubiyyətə baxmayaraq, uğur qazanacağımıza inanırıq. Sabah meydana yalnız qələbə üçün çıxacağıq. Bunun üçün gücümüz daxilində əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ilk görüşdəkindən daha yaxşı oynayaq".

Mian "İnter"lə bağlı da fikirlərini bildirib: "İnter" yaxşı taktikaya malik komandadı. Rəqib xüsusilə meydanın mərkəzində yaxşı hərəkət edir. Amma biz onlara asanlıqla təslim olmağa hazırlaşmırıq. Rəqibin yaxşı top saxlamağı bacaran futbolçuları var. Buna görə rəqibə oynamaq imkanı verməməliyik".

O, komandanın əsas baş məşqçisi Klas İnqessonun Bakıya gəlməməsinin səbəbini də açıqlayıb: "Onun sağlıq durumunda hazırda problem var. Bura 8 saatlıq yol qət etmişik. Buna görə belə qərara aldıq ki, baş məşqçimiz bura gəlməsin. Uzun yolçuluğun ona daha da pis təsir etməsini istəmədik. Buna baxmayaraq, tez-tez baş məşqçi ilə əlaqə saxlayırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail