Əliyar Ağayev 7 vərəqə göstərdi, qazaxlar qalib gəldi

24.07.2014 | 3184 dəfə oxunub

Azərbaycanlı hakimlər avrokuboklarda növbəti oyunlarını idarə ediblər. Stadium.az xəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tiflis, Gürcüstan) matçında ədaləti qoruyub.

Oyun Qazaxıstan klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Aktobe" mərhələ adlayıb.

Əliyar Ağayev 7 futbolçuya sarı vərəqə göstərib. Referi "Aktobe"dən Aleksey Antonovla Aleksey Muldarov, "Dinamo"dan Georgi Lorya, David Xurtsilava, Laşa Totadze, Xisko və Vuhonu cəzalandırıb. 

Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalovla Namiq Hüseynov yardım edib. Matçın dördüncü hakimi Rauf Cabbarov olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail