"Koper"in baş məşqçisi: "Neftçi"nin gücünə bələdik"

24.07.2014 | 2868 dəfə oxunub

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün "Neftçi" ilə qarşılaşacaq "Koper" klubunun baş məşqçisi Radolfo Vanoli oyunla bağlı fikirlərini bölüşüb.

Stadium.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis oyunöncəsi mətbuat konfransında "Neftçi"nin gücünə bələd olduqlarını bildirib:

"Neftçi"nin gücünə bələdik. Ancaq futbolçularıma inanıram. Öz oyunumuzu sərgiləsək, istədiyimiz nəticəni qazanacağıq. Bakıda çox intizamlı oynadıq. "Neftçi"nin bizimlə müqayisədə daha səviyyəli futbolçulara malik olduğunu bilirik. Maliyyə baxımından da "Neftçi" bahalı klubdur. Lakin bizdə komanda ruhu var. Azarkeşlərə və şəhərə qələbəmizlə sevinc bəxş etmək istəyirik".

Qeyd edək ki, "Koper" - "Neftçi" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə Sloveniya təmsilçisi qələbə qazanıb - 2:1. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail