"Neftçi"nin rəqibini yaxından tanıyaq

25.07.2014 | 3586 dəfə oxunub

"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb. Sloveniyanın "Koper" klubunu mübarizədən kənarlaşdıran Azərbaycan Kubokunun qalibi "play-off" vəsiqə uğrunda Gürcüstanın "Çixura" klubunu qəbul edəcək. Stadium.az "Neftçi"nin rəqibi barədə məlumatları təqdim edir.

"Çixura" klubu 1938-ci ildə yaradılıb. 78 yaşlı klub ardıcıl iki dəfə - 2013 və 2014-cü illərdə Gürcüstan Kubokunun finalına çıxıb. Lakin hər iki halda Tiflis "Dinamo"suna uduzub (3:1, 2:1). 

2013-cü ildə Gürcüstan çempionluğunu və kubokunu "Dinamo" qazandığından "Çixura" kubokun finalçısı kimi Superkubokun iştirakçısı olub. Kubokun finalında Tiflis təmsilçisinə yenilən "Neftçi"nin rəqibi bu dəfə 1:0 hesablı qələbə qazanıb.

"Çixura" Gürcüstan müstəqillik əldə etdikdən sonra 2-ci liqada iki, 1-ci liqada 10 mövsüm keçirib. Komanda ilk dəfə 2005/05 mövsümündə 1-ci liqanın qalibi olaraq güclülər dəstəsinə vəsiqə qazanıb. Lakin 2006/07 msövsümündə 12-ci pilləni turaraq aşağı liqaya yuvarlanıb. 2011/12 mövsümündə yenidən 1-ci liqanın çempionu olan "Çixura" elitaya qayıdıb. 2012/13 və 2013/14 mövsümlərində 4-cü yeri tutan "Neftçi"nin rəqibi ardıcıl 2 dəfə Avropa Liqasına vəsiqə qazanıb.

"Çixura" ötən mövsüm Avropa Liqasında bir mərhələ keçib. I təsnifat mərhələsində Lixtenşteyninin  "Vaduts" klubunu səfər qolu sayəsində mübarizədən kənarlaşdıran (0:0, 1:1) gürcülər İsveçrə "Tun"una uduzub (1:3, 0:2).

Cari mövsümün I təsnifat mərhələsində "Çixura"nın qarşısına Makedoniyanın "Turnovo" klubu çıxıb. Gürcülər bu mərhələni asanlıqla keçib (3:1, 1:0). Ardınca rəqib "Bursaspor" olub. Hər iki oyun 0:0 hesabı ilə başa çatıb və "Çixura" penalti seriyasında qələbə qazanıb - 4:1.

"Çixura"ya 56 yaşlı gürcü mütəxəssis Samson Pruidze (Soso) başçılıq edir. Komandının heyəti tamami ilə yerli futbolçulardan təşkil olunub. "Çixura"nın kapitanı Georgi Somxişvilidi. 33 yaşlı qolkiper 2012-ci ildən çıxış etdiyi komandada 59 oyun keçirib.

"Çixura"nın heyətində azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan David Odikadze çıxış edir. 33 yaşlı yarımmüdafiəçi 2009-2011-ci illərdə "İnter"də çıxış edib və 63 oyunda 7 qol vurub. Gürcüstan yığmasının sabiq üzvü 2011-ci ildə Tiflis "Dinamo"suna keçib və 2012-dən "Çixura"ya icarəyə verilib.

Qeyd edək ki, "Neftçi" ötən ay Boluda "Çixura" ilə iki yoldaşlıq oyunu keçirmişdi. İlk matçda gələcək rəqibinə 2:3 hesabı ilə yenilən "ağ-qaralar" ikinci görüşdə heç-heçə etmişdi - 1:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail