"Qarabağ" - "Zalsburq" oyunundan əvvəl FIRILDAQ

28.07.2014 | 5277 dəfə oxunub

"Qarabağ"ın "Zalsburq"la oyunu üçün satışa çıxarılan biletlərini 50%-dən çoxu satılıb. Əslində bu Azərbaycan reallıqı üçün çaşdırıcı rəqəmdi. Çünki azarkeşlərimiz heç vaxt oyuna 3-4 gün qalmış bilet almırlar. Təbii ki, istisnalar xaric... Lakin bu dəfə ümumi mənzərə başqadı. "Qara bazar" işə düşüb və bu özbaşınalıq baş alıb gedir.

Yeni bir hadisə olmasa da azarkeşlərimizin qitənin ən nüfuzlu klub turnirində "Qarabağ"a dəstək olması üçün biletləri bitirəcəyi bəllidi. Ancaq oyundan öncə deyil, oyuna saatlar qalmış... Yaranmış izdihamdan isə sui istifadə edənlər var..

Bu gün əməkdaşımız matçın keçiriləcəyi Tofiq Bəhrəmov adına Respublika stadionunun kassaları önündə var olan "qara bazar"dakı qiymətlərlə tanış olub. 1 manatlıq biletləri 3, 2 manatlıq biletlər isə 5 manata satılır. Və demək olar ki, satışa çıxarılan 1 manatlıq biletlər qalmayıb. Qısacası büdcəsi az olan hər hansı bir futbolsevər 1 manata alacağını düşündüyü bileti artıq 3 manatdan ucuz ala bilməz.

Düzdü bu məsələdə "Qarabağ" klubunun edə biləcəyi çox iş yoxdu. Lakin Ağdam təmsilçisinin rəhbərliyi hüquq muhafizə orqanlarına ciddi şəkildə tapşırıq versə və sonuncular da bu məsələyə daha ciddi yanaşsalar o zaman bu biabırçı durumla qarşılaşmarıq.

idmanxeber.com



  #1   Adınız: Anar;   E-mail: [email protected]

28.07.2014 11:28

Qarabag niye polise gosteris vere biler? Qarabag ancaq neyise
polisden xahis ede biler.Bele savadsiz yazilar yazmayin.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail