"Qarabağ" UEFA-nı ayağa qaldırır: REYNALDONUN "QIRMIZISIN" LƏĞV EDİN!

31.07.2014 | 13479 dəfə oxunub

Ötən gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin Avstriya "Zalsburq"u ilə ilk oyununda ağır itkilər aldı. Stadium.az xəbər verir ki, ukraynalı hakimin Reynaldoya 88-ci dəqiqədə verdiyi qırmızı vərəqə isə heç anlaşılan olmadı. Klub rəsmiləri də buna görə oyunun videoyazısında bu məqama təkrar-təkrar baxacaqlarını söylədilər. Artıq bunun üçün bütün işlər görülüb. Ağdam klubu “qırmızı”nın ləğvi üçün UEFA-ya müraciət edib. Bu barədə isə klubun idman direktoru Əmrah Çəlikəl məlumat verdi: "Türkiyədəki vəkilimizlə əlaqə saxlayaraq, ona lazımi bilgiləri vermişik. Vəkilimiz hazırda lazımi sənədləri toplayır. UEFA-ya həm videolent formasında, həm də yazılı müraciətimiz olacaq. Matç başa çatdıqdan 24 saat ərzində şikayətimizi ünvanlamalıyıq. Yaxın bir saat ərzində hər bir proseduru yerinə yetirəcəyik. Fikrimcə, Reynaldoya uzaqbaşı sarı vərəqə göstərilə bilərdi. Daha düzgün rəyi mütəxəssislər verəcəklər. Amma həmin epizodda rəqib futbolçu açıq-aşkar simulyasiya etdi. Hər halda, UEFA da istər ki, obyektivlik olsun və nahaq yerə futbolçular cəzalanmasın. Hətta rəqibin qırmızı vərəqə alan oyunçusuna belə haqsızlıq edilibsə, onun ləğvinin tərəfdarıyam. Bir sözlə, bizim üçün əsas məsələ hakimin cəzalanmasından çox Reynaldoya haqsız yerə verilən qırmızı vərəqənin ləğvidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail