Qazax baş məşqçidən azərbaycanlı hakimə: “Mən belə biabırçı hakimlik görməmişdim"

01.08.2014 | 3701 dəfə oxunub

Azərbaycanlı hakim, FİFA referisi Əliyar Ağayev Avroliqada daha bir oyun idarə edib. Stadium.az xəbər verir ki, Əliyar III təsnifat mərhələsinin ilk oyunlarından olan “Şaxtyor” (Qazaxıstan) – “Hayduk” (Xorvatiya) matçında ədaləti təmsil edib. Oyundan sonra “Şaxtyor”un baş məşqçisi Viktor Kumıkov Əliyarı kəskin tənqid edib: “Mən belə biabırçı hakimlik görməmişdim. Hakimin idarəçiliyinə diqqətlə baxın. Hakim meydanda çaxnaşma yaratdı. Məhz onun sayəsində hesab 4:2 oldu. Mən hesab edirəm ki, hesab 4:1 olmalı idi. Bu gün bzidə hər şey alınırdı. Düzdür, müəyyən fərdi səhvlər də oldu. Biz xorvatların sürətinin qarşısını almağa və öz imkanlarımızdan yararlanmağa çalışdıq. Elə həmin anda da hakimin anlaşılmaz qərarları başladı. Demək istəyirəm ki, bütün karyeram ərzində belə biabırçı hakimlik görməmişdim. Hətta Çexiyada bizi sıxanda da bu cür olmamışdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail