Gürcüstamın xarici işlər naziri "Neftçi" - "Çixura" oyununda baş verənləri pislədi

02.08.2014 | 4202 dəfə oxunub

Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlər var və bu münasibətlərə heç kim xələl gətirə bilməz. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Maya Pancikidze “Neftçi” – “Çixura” matçı zamanı azarkeşlər arasında baş vermiş insidenti şərh edərkən deyib.

 “Fikrimcə, bu, düşünülmüş təxribat olub. Təxribatçılar öz məqsədlərinə çatmayacaq”, - deyə o vurğulayıb. 

İyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və  Gürcüstanın “Çixura” komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena"da Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail