Hafiz Məmmədov: "Elxan Məmmədova deyin ki..."

02.08.2014 | 10105 dəfə oxunub

Yəqin “animal planet”də görmüsüz. Xırda həşaratlar həmişə böyüklərin yıxılmasın gözləyir ki, gedib əlindən-ətəyindən dürtmələyib nəsə qoparsın.

Bax, “Bakı”da bu durumdadır indi. Elxan Məmmədov kimi Azərbaycan futbolunun inkişafı önündə sədd olan insan hər vəchlə “Bakı”nın yıxılmasın tərəfdarıdır. Çünki Hafiz Məmmədovun gördüyü işlər onu yamanca narahat edirdi. Boş yerə deyil ki, məhz Hafiz müəllimin “Atletiko” və “Lans” layihələrindən sonra katibi baş qaçaraq-quçaraq edib “Sportinq”in futbol akademiyasıyla müqavilə bağlatdırdı ki, guya bizimkilər gedib orada inkişaf edəcək. Bu addım yuxarıya nəyisə göstərməyə hesablanan pərdə idi, gözdən asmaq üçün.

İndi iş elə gətirib ki, bizlərin də bilmədiyi səbəblər üzündən Hafiz Məmmədov “Bakı”ya pul ayırmağı yubadır. Bu isə fürsətşunas Elxan əkəni hərəkətə gətirib. Bu yaxınlarda katibi baş açıqlamasında bildirmişdi ki, “Bakı”ya sponsor axtarırlar. Elxan Məmmədov bununla da açıq şəkildə göstərmiş oldu ki, “Bakı” kimi hər cür infrastrukturu olan bir klubu jurasiyasına keçirmək istəyir. Aldığımız məlumata görə, bu xəbər Hafiz Məmmədovu bərk qəzəbləndirib. Yaxın çevrəsindəkilərlə söhbətində Elxanın bu sözləri ona çatdırılıb. Hafiz müəllim isə “Onlara deyin ki, heç kim narahat olmasn, mənə sponsor axtarmasın. “Bakı” mənim klubumdur, özüm də baxacam”.

Göründüyü kimi, Hafiz Məmmədov hələ də “Bakı”nı atmadığını bildirir. Bəs komandanı toparlamaq üçün nəyi gözləyir? Bax bu suala düz 8-ci aydır ki, cavab tapılmır. Gözləyək...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail