Berti Foqts da başsağlığı verdi

06.08.2014 | 2822 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı verib. Stadium.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis Məmmədovun vəfatını futbolumuz üçün ağır itki hesab edib:

"Ələkbər Məmmədovun vəfatı Azərbaycan futbolu, ümumilikdə, idmanı üçün ağır itkidir və onun yoxluğu hər zaman özünü göstərəcək. Onunla cəmi bir neçə il əvvəl tanış olmağımıza baxmayaraq, çox xoş və səmimi ünsiyyətimiz vardı. Ələkbər Məmmədov bütün varlığı ilə futbola bağlı idi və söhbətin hansı mövzu ətrafında getməsinə baxmayaraq, o, mütləq futbol barədə söz salırdı.

Onun vaxtilə çıxış etdiyi komandalar üçün nə qədər önəmli futbolçu olduğunu, hər zaman qələbəyə kökləndiyini, məşqçi işlədiyi dövrdə isə rəhbərlik etdiyi komandanın üzvlərinə böyük qayğı ilə yanaşdığını bilirəm. Ələkbər Məmmədov AFFA-nın yeni yarandığı dövrlərdə, çətin şəraitdə Azərbaycan milli komandasına rəhbərlik edib, bu ağır işin öhdəsindən də ləyaqətlə gəlib. Onun ailəsinə, yaxınlarına, Azərbaycan futbol ictimaiyyətinə bu ağır itki ilə əlaqədar başsağlığı verir, səbr diləyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail