Qapıçımızın "Giresunspor"dan ayrılmasının əsl səbəbi bu imiş

06.08.2014 | 2354 dəfə oxunub

Türkiyənin "Giresun İşıq" qəzeti "Giresunspor"la bir illik müqavilə bağlayıb daha sonra komandadan ayrılan qapıçımız Kamal Bayramovla bağlı maraqlı yazı dərc edib. Stadium.Az xəbər verir ki, qəzet son günlər Ermənistanla Azərbaycan arasında gedən qızğın döyüşlərə görə Bayramovun Azərbaycana qayıtdığını bildirir.

Hətta təcrübəli əlcək sahibinin açıqlamaları da qəzetdə öz əksini tapıb: "Sizi Superliqada görmək istəyirəm. Dualarım "Giresunspor"ladı. Bu komandanı heç vaxt unutmayacam. Qısa zaman kəsiyində şəhəri və insanlarını çox sevdim.

"Giresunspor" böyük klubdu, onun böyük prezidenti var. İnanıram ki, komandanız gələn il Superliqaya vəsiqə qazanacaq. Hal-hazırda Ermənistanla Azərbaycan arasında döyüş gedir. Belə bir vəziyyətdə vətənimi və ailəmi tək buraxmaq mənə yaraşmaz".

İyulda "Rəvan"dan "Giresunspor"a transfer olunan qolkiper bu komandada cəmi bir ay qalıb. Onun, təzminat məsələsində "Rəvan"la razılığa gəlmədiyindən, türk klubundan ayrıldığı deyilirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail