Gürcüstan güc strukturları "Neftçi"yə görə gözlərin bellə yummayacaqlar

06.08.2014 | 3470 dəfə oxunub

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) qarşılaşmasının təşkilinə nəzarəti Gürcüstanın Gənclər və İdman Nazirliyi öz üzərinə götürüb. Stadium.az xəbər verir ki, bunu qonşu ölkənin naziri Levan Kipiani açıqlayıb.


O bildirib ki, avqustun 7-də Tiflisdəki Mixail Mesxi adına stadionda baş tutacaq qarşılaşmadan 2 gün əvvəl Gürcüstan Futbol Federasiyasında fövqəladə yığıncaq keçirilib. Burada matçda təhlükəsizlik və təşkilatçılıqla bağlı digər məsələlər müzakirə olunub.

Kipianinin sözlərinə görə, cavab qarşılaşmasında hansısa insidentin yaşanması mümkün deyil: “Təşkilati məsələlərə nəzarət birbaşa nazirliyin üzərinə düşən işdir. Bununla bağlı dünən Gürcüstan Futbol Federasiyasında görüş keçirildi. Təhlükəsizliyin təminatı məqsədilə bu işə müxtəlif qurumlar cəlb olunub. Əlbəttə ki, bir neçə gün əvvəl yaranan problem təkrarlanmamalıdır və bizim hüquq-mühafizə orqanları, federasiya və nazirlik ölkədəki belə halların qarşısını almağa hazır olacağıq”.

“Neftçi”nin gürcülərlə 0:0 hesabı ilə başa çatan ilk oyununda arenaya gələn qonaq fanatların pankartda Qax və Zaqatala rayonlarının Gürcüstan ərazisi kimi göstərilməsi azarkeşlər arasında qarşıdurmaya səbəb olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail