"Partizan"ın prezidenti "Neftçi"ni keçəcəklərinə əmindi

12.08.2014 | 3262 dəfə oxunub

“Neftçi”nin Avropa Liqasının play-off mərhələsində qarşılaşacağı “Partizan”ın  Draqan Duriç Bakı klubuyla oyunqabağı komandası haqda danışıb. Stadium.az xəbər verir ki, klub prezidenti “Neftçi”ni mübarizədən kənarlaşdıracaqlarına əmin olduğun bildirib:

“Ölkə çempionatında qələbə qazansaq da, yaxşı oyun göstərə bilmədik. “Vozdovaç”la görüşdə zəif təsir bağışladıq. Amma bunu Avroliqa matçında təkrarlamamalıyıq. 

Mən Marko Nikoliçin istefa vermək kimi bir niyyətinin olmasına şərh vermək istəmirəm. Əsas odu çempionatın ilk turunda qələbə qazandıq və indi növbədə “Neftçi”di. Azarkeşlər baş məşqçini komandada görmək istəmirlərsə, bu, onların öz işləridi. “Partizan” həmişə iddialı olub, olacaq da. Ümid edirəm ki, komandanın əsas futbolçuları Danilo Pantiç, Danko Lazoviç və Andriya Zivkoviç başqa komandaya getməyəcəklər. Komandamızın hədəfləri böyükdü. Avroliqada bizi “Neftçi” kimi komanda ilə oyunlar gözləyir. Mərhələ adlamaq üçün var gücümüzlə çalışacağıq. İlk oyunumuz evdə, ikinci matçımız isə Bakıdadı. Çempionlar Liqasındakı uğursuz çıxışı burada unutduracağıq. Mən baş məşqçimiz Marko Nikoliçə də güvənirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail