“Xəzər Lənkəran”da 5 debütant

12.08.2014 | 3970 dəfə oxunub

Premyer Liqanın 2014/15-ci illər mövsümünün startı 5 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, AZAL-la səfər oyununda Rəşad Sadiqov, Rauf Əliyev, Alfred Sanko, Qalin İvanov və sonradan meydana çıxan Fernando Qabriel ilk dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.

“AZAL Arena”da baş tutan görüşədək 172 oyunçu rəsmi matçlarda “Xəzər Lənkəran”ın formasını geymişdi. I turun qarşılaşmasından sonra bu rəqəm 177-yə çatıb.

1:1 hesabı ilə başa çatan qarşılaşmada debüt edənlərdən ikisi yerli, 3-ü legioner futbolçudur. Rəşadla Rauf klub tarixinin yerli oyunçularının ümumi sayını 65-ə çatdırıb. Milliləşənlər də daxil olmaqla “Xəzər Lənkəran”da oynamış legionerlərin sayı 112-dir.  Bura daxil olan son 3 oyunçudan Alfred Syerra-Leone, Qalin Bolqarıstan, Fernando Braziliya təmsilçisidir.

Sonuncunun sayəsində “Xəzər Lənkəran”dakı təmsilçilik sayında Braziliya Rumıniyaya çatıb. Bu iki ölkədən rekord sayda – 18 futbolçu komandamızın formasını geyib. Qalin isə 5-ci bolqarıstanlıdır. Alfred isə Julius Vobaydan sonra ikinci syerra-leoneli kimi klub tarixinə düşüb.

Ümumilikdə isə 112 legioner 37 ölkəni təmsil edir: Rumıniya, Braziliya – hərəsi 18, Türkiyə - 10, Serbiya – 7, Belarus, Bolqarıstan – hərəsi 5, Portuqaliya, İspaniya – hərəsi 4, Xorvatiya - 3, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Makedoniya, Syerra-Leone – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya, Mərakeş, Kamerun – hərəsi 1.

Rauf debüt oyununda mövsümün ilk qoluna imza atıb. Bununla da Əliyev “Xəzər Lənkəran”da qol hesabını açıb. O, klubumuzun 10 illik tarixində qol sevinci yaşayan 91-ci futbolçudur. Bu oyunçulardan 60-ı milliləşənlər də daxil olmaqla əcnəbilərdir. Rauf isə qol vuran 31-ci yerli futbolçu kimi tarixə düşüb.  Bu 91 futbolçudan başqa daha 7 dəfə “Xəzər Lənkəran”ın qoluna rəqib oyunçularının avtoqolu səbəb olub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail