Hafiz Məmmədov “Simurq” və “Qarabağ”a ultimatum verdi - MÜSAHİBƏ

"Premyer Liqada əsas komandalardan üçünün mənə külli miqdarda borcu var"

13.08.2014 | 32006 dəfə oxunub

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov sükutu Stadium.az saytına verdiyi özəl müsahibə ilə pozdu. Hafiz müəllimin saytımıza eksklüziv müsahibəsin təqdim edirik:

- “Bakı”nı qəbul etdim və komanda üzvləriylə görüşdüm. “Bakı” həmişə iddialı olub və bundan sonra da belə olacaq. “Bakı”sız Azərbaycan çempionatı olar? Bu komanda həmişə çempionatın bəzəyi olub. Bəzi neqativ hallar oldu ki, bunlar bizi çətinliyə saldı. Sözün düzü, strukturun da səhvi oldu. Bizim proqramda ya Sloveniyada, ya da Avstriyada təlim-məşq toplanışı keçirmək fikrimiz vardı. Amma yuxarıda dediyim o neqativ hallar buna mane oldu. İndi isə hər şey qaydasına düşüb və yaxın günlərdə bütün problemlər həll ediləcək. Klubda işi bacara bilməyən insanlar ortaya olmayan problemlər çıxartdı. Necə ola bilər ki, mənim 3-5 minim yoxdu hansısa problemi həll edim? Yaxud da olsun 10 və ya 50 min? Yaşar Seyidov bir balaca ayıqlıq göstərmədi. Çünki sözü bir dəfə deyir, vəssalam. Mənim o qədər işim var ki, bir sözü bir dəfə dedilərsə, bunun üstünə düşməlidirlər, axı yadımdan çıxır.

Dünyanın axırı deyil. Yanvara kimi komandada əsasən gənclər çıxış edəcək. Qış fasiləsində isə “Bakı” heyətinə səviyyəli futbolçular cəlb edəcək və yenidən əvvəlki kimi olacaq. Komandada legionerlər də var. Onlar da oynayacaq. Yaşar Seyidova da tapşırdım ki, 3 yaxşı futbolçu da alsınlar. Elə oyunçular olsun ki, komandanı gücləndirə bilsinlər. Yaşar Seyidov çox yaxşı bir söz dedi. Bizim komandada olan gənc futbolçuların hamısı öz yaş qruplarında çempion olan gənclərdir. Onlar üçün də gözəl şan yaranıb ki, özlərin göstərsinlər.

- “Bakı”nın bütün əsas yerli futbolçuları komandadan ayrıldı...

- Bunu elə yaxşı dediz. Mən göstəriş vermişəm, “Qarabağ”a gedən Şəhriyar Əliyevlə Namiq Ələsgərov, “Simurq”a keçdikləri deyilən Vüqar Mustafayevlə Vadim Abdullayev geri qayıdacaqlar. Onlar “Bakı” Futbol Klubunun akademiyasının yetirməsidir. Zəhmət çəkib, gətirib hər klub bir milyon dollar verər, onlarda olar futbolçuları. Əks halda mümkün deyil, ikisidə geri qayıdacaq.

- Komandadan Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynov, Elvin Məmmədov kimi oyunçularda getdi...

- Onlara bir sözüm yoxdur. Hamısın da yaxşı başa düşürəm. Bu futbolçular “Bakı”ya başqa klublardan gəlmişdilər, başqa komandaya da getdilər. Yenə deyirəm, onlara sözüm yoxdur. Mənim işim bizim yetirməmiz olan 4 futbolçuyadır. “Simurq” və “Qarabağ”ın nə ixtiyarı var ki, mənim futbolçularımı aparıb?

- Bu arada “Bakı” ətrafında çox problemlər yarandı. Bunlara necə aydınlıq gətirə bilərsiz?

- Bolşeviklər həmişə özləri özlərinə problem yaradıb, bunu həll edib, sonra da deyibləri ki, “biz qəhramanıq”. “Bakı”ya da bütün problemləri özü yaratdı. “Bakı” Futbol Klubunun maliyyə vəsaitinə heç nə olmamışdı. Sadəcə, daxildə bunları həll edəcək insanlar olmadı. İki məsələdə - bank işində və futbol klubunda belə neqativ hallar yarandı. Kaş ki, mən elə futbol klubunun problemlərin vaxtında həll edərdim, bu söz söhbətlər də ortaya çıxmazdı.

- Bir müddət əvvəl bəzi insanlar hətta “Bakı”ya sponsor da axtarırdı. Onlara sözünüz nədir?

- Mən özüm ona-buna sponsorluq edirəm. “Bakı”ya sponsor lazım deyil. Ancaq o insanlara da təşəkkürümü bildirirəm. Çünki onlar da “Bakı”nın batmasını istəmirdilər. Həmin insanlarla mənim də söhbətim oldu. Özləri dedi ki, “Bakı” çox sevimli klub olub, bunu dayandırmaq olmaz. Hətta dedilər ki, bəlkə, mən özüm bir adam tapım, etibarlı insan. Hər kəsə bildirdim ki, “Bakı” mənim klubumdur, mənim də olacaq. Bundan sonra da hər şey qaydasına düşəcək. Mənim iradım özümünkülərədir ki, bəs sən hara baxırdın? Ona başa salmaq lazım idi ki, vəziyyət düzələcək.

Bax belə də yazarsız, Premyer Liqada əsas komandalardan üçünün mənə külli miqdarda borcu var. Onlar borcumu versinlər, vəziyyət daha da yaxşı olacaq.

- Hansı klublardır, adların deyə bilərsiz?

- “Neftçi” və “Qəbələ” klubları deyil. Onlar borc saxlamazlar, heç vaxt. Sözlərinə düz klublardır onlar.

- “Lans”ın da ciddi sıxıntıları var...

- Qarşıdakı 3-4 gün ərzində bütün işləri həll edəcəm və yerdə qalan bütün ödəmələr də ediləcək. “Lans” Azərbaycan klubudur və belə qalmaqda da davam edəcək. Bu həftədəki oyuna qədər çox istəyirəm ki, “Lans”ın hesabına bütün ödəmələr yerinə yetirilsin.

- Bəs "Şeffild Venzdey"?

- MaşAllah, onlar da başlayıb. "Şeffild Venzdey"ə də bəzi ödəmələrimiz və öhdəliklərimiz var. Qarşıdakı günlərdə bunlar da həllin tapacaq. Bilirsiz necədir, bizim də alacaqlarımız var. O demək deyil ki, onlar vermirlər. Sadəcə olaraq çətinlikləri var, biz onlardan ala bilmirik deyə, öz ödəmələrimizi də yerinə yetirmirik. Keçən il Fransada jurnalistlərə söz verdim ki, “Lans” bir ilə yüksək liqaya çıxacaq. Elə də oldu. İndi isə deyirəm ki, "Şeffild Venzdey" iki ilə Premyer Liqaya yüksələcək. "Şeffild Venzdey"in azarkeşləri “Lans” kimi klubların sevən və patriotdurlar. İngiltərədə futbol 1867-ci ildə elə Şeffildə yaranıb. Bizim bir sıra planlarımız vardı. Əlcəzair millisinin DÇ-2014-dəki qapıçısın, “Çelsi”dən də bir neçə  futbolçunu "Şeffild Venzdey"ə gətirəcəkdik. “Lans”ın da transferinə çox diqqət etmədik. Çünki klubun stadionu təmirə bağlanıb. “Lans” ev oyunların başqa stadionda keçirəcək. Stadionun təmiri qurtarandan sonra isə transferlərə güclü pul ayıracağıq. AVRO-2016-nın bir neçə oyunu məhz Azərbaycanın Lansda olan stadionunda keçiriləcək.

- Siz “Bakı”nın baş məşqçisi Milinko Pantiçə çox etibar edirdiz, amma o, komandanı atıb qaçdı...

- Bəli, Pantiç 100-120 min dollara görə “Bakı”nı atıb getməməliydi. Onu da başa düşürəm, çox çətinlik çəkdi. Ancaq onunla aramızda dostluq yaranmışdı, sona kimi vuruşmalıydı. Komandanı ona tapşırmışdım, kapitan o idi. Kapitan isə gəmini birinci tərk etdi.

 Söhbət etdi: Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail