"Xəzər Lənkəran"da yubiley və ənənə

13.08.2014 | 3554 dəfə oxunub

Topaz Premyer Liqasının I turu “Xəzər Lənkəran”da bir yubileylə əlamətdar olub. Stadium.az xəbər verir ki, “ağ-yaşıllar” Azərbaycan çempionatları tarixində 90-cı dəfə meydanı heç-heçə ilə tərk edib. 

AZAL-la səfər qarşılaşmasınadək Premyer Liqada 301 oyun keçirən komanda 89 dəfə bərabərliklə kifayətlənmişdi. “AZAL Arena”da keçirilən görüşdə qeydə alınan 1:1 hesabı bu siyahıda 90-cı olub.

2004-cü ildə tarixinin ilk oyununda səfərdə “Turan”la eyni hesablı heç-heçə ilə tarixinə start verən “Xəzər Lənkəran” 90-a 10 ildə çatdı.  Bununla da cənublular həm də  start ənənəsinə davam etdi.

"Xəzər Lənkəran" ardıcıl 3-cü dəfə mövsümə 1:1 hesabı ilə başladı. 2012/13 mövsümündə “Rəvan”, 2013/14 mövsümündə “Sumqayıt”la qarşılaşan cənublular ardıcıl 3-cü dəfə ilk görüşdə 1 qol vurub və 1 xalla kifayətlənmişdi. Ardıcıl 3-cü dəfə “Xəzər Lənkəran” ilk turu rəqib meydanında keçirdi və yenə 1:1 hesabı qeydə alındı. Amma əvvəlki iki startdan fərqli, bu dəfə “Xəzər Lənkəran” hesabda geri düşməyib, ilk qolu vuran tərəf olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail