Şəhriyar Əliyev: "Artıq bezmişəm"

15.08.2014 | 5340 dəfə oxunub

“Bakı”dan gedən futbolçular barədə söz söhbətlər səngimək bilmir. Stadium.az xəbər verir ki, paytaxt klubundan ayrılaraq “Qarabağ”a keçən Şəhriyar Əliyev barədə də həmçinin. Deyəsən, artıq Şəhriyar özü də bu məsələdən bezib. Gənc futbolçu “facebook” sosial şəbəkəsində bir daha bu məsələyə toxunub:

“Hər kəs yazır ki, Şəhriyar belə dedi, elə dedi. Məni tanıyan hər kəs bilir, mən həmişə düzgün olanı demişəm. Və artıq yorulmuşam bu məsələdən. Demək, axırı dedim, yazım, uje bezmişəm. Qardaşlar, bəylər, xanımlar, hər kəs bilsin. Mən uşaqlıq futbolunu “Qarabağ”ın 17 yaşlarına kimi davam etmişəm. Ve 17 yaşlılardan cıxıb “Bakı”ya gəlmişəm, əvəzedici kamandaya. Burda ikinci ildən sonra əsas kamandaya getmişem. İndi hamı deyir, “Şəhriyar deyir, ay belə, ay belə. Uşaqlıq futbolundan gələndə 17 yaşa kimi aid olduğun kamandaya aid olursan. İndi hamı deyir, mən buranın (“Qarabağ”ın) yetirməsi deyiləm,  buranın yetirməsiyəm (“Bakı”nın yəni). Allah şahiddir ki, mən necə demişəm o sözləri. Vallah deyirəm, artıq söz- söhbətdən bezmişəm. Mən həmişə demişəm, “Bakı” mənim ürəyimdədi və ordada qalacaq. Çunki mən bu kamandada oynamışam və çox şey öyrənmişəm. Heç vaxt da bunu danmayacam. İndi isə artıq “Qarabağ”dayam. Bu kamanda üçün əlimdən gələni edəcəm. Çox adam qınayır məni, amma biraz düşünməyi istərdim. Mən son günə kimi “Bakı”nın yanında oldum. Əgər getməyi istəsəydim, çoxdan gedərdim.  Artıq mən futbolumu düşünürəm. Kimsəni nəysə deməyi məni daha maraqlandırmır. Hər kəsə təşəkkür edirəm. Amma xahiş edirəm maraqlananda yaxşı maraqlan. Ordan-burdan oxuyub, haqqa girməyin. Daha bu məsələyə qayıtmaq istəmirəm”.

“Bakı” Şəhriyarın öz futbol akademiyasının yetirməsi olduğun iddia edir və “Qarabağ”dan konpensasiya tələb edir. Qarşı tərəf isə Şəhriyarın 17 yaşına kimi məhz “Qarabağ”da futbol oynamasının əsas gətirərək, bundan boyun qaçırır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail