"Avro-2016"nın pley-off mərhələsinə çıxmağı gözləyirəm" FOQTS YENƏ GÜLMƏLİ DANIŞDI

19.08.2014 | 4885 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Özbəkistanla sabah keçiriləcək yoldaşlıq oyunundan danışıb. Stadium.az xəbər verir ki, alman mütəxəssis sabahkı qarşılaşma barədə bunları danışıb:

"Özbəkistanla oynayacağımız üçün şadam. Klublarımız hazırlıq zamanı 5-7 yoxlama oyunu keçirir. Ancaq biz daha az oyunda qüvvəmizi sınayırıq.

Əgər milli komanda bu toplanışda tam heyətlə təmsil olunsaydı, bu, Azərbaycan klublarının avrokuboklarda mübarizəni dayandırması demək olardı. Ancaq Azərbaycan Avroliqada iki klubla təmsil olunur. "Qarabağ" və "Neftçi"nin  futbolçuların Avroliqanın qrup mərhələsində oynamaq imkanları var. Hər iki klubun qrup mərhələsinə vəsiqə qazanacağına ümid edirəm.

Mənim işim xarici oyunçulara pasport almaq deyil. Bu, AFFA-nın işidir. Qanuna edilən dəyişikliklərə görə həmin futbolçular vətəndaşlıq almaq üçün ən azı 5 il Azərbaycanda yaşamalıdır.

Avro-2016-nın seçmə mərhələsinin ilk matçında qarşılaşacağımız Bolqarıstana yığmasına uyğun komanda tapmaq çətin idi. Digər Avropa komandaları ilə də oynaya bilərdik. Ancaq "DÇ-2014"ün iştirakçısı ilə qarşılaşmaq istəyirdik. Fabio Kapello mənim dostumdur. Yaxın 3 ildə  Rusiya millisi ilə Bakıda da oynamağımızla bağlı razılığa gəldik.
 
Komandamdan "Avro-2016"nın pley-off mərhələsinə çıxmağı gözləyirəm. Bunu futbolçular da bilirlər. Dünənki məşqdən razı qalmasam da, məqsədimiz "pley-off"a yüksəlməkdir. Başqa nəticə məni qane edə bilməz. Bunun üçün çox çalışmalıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail