"Partizan"ın baş məşqçisi: "Neftçi" ilə bizi çətin oyun gözləyir"

21.08.2014 | 3727 dəfə oxunub

"Üzərimizdə təzyiq yoxdur, hər şey qaydasındadır. Daha öncə məqsədimizin Avropa Liqasının qrup mərhələsinə düşmək olduğunu söyləmişdim. Futbolçular meydana çıxıb özləri və "Partizan" üçün oynamalıdırlar".

Stadium.az xəbər verir ki, bu sözləri "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" ilə oyunöncəsi deyib.

Serbiya mətbuatına danışan təcrübəli mütəxəssis "Neftçi"nin hörmətə layiq komanda olduğunu bildirib: "Neftçi" ilə bizi çətin oyun gözləyir. Uğurlu seriyanı davam etdirmək istəyirik. Təəssüf ki, Çempionlar Liqasında "Ludoqorets" səddini keçə bilmədik. Ancaq indi Avropa Liqasının qrup mərhələsində oynamaq şansımız var. Rəqib hörmətə və diqqətə layiq komandadır. Onların heyətində səviyyəli legionerlər çıxış edir. Rəqibi yaxşı analiz etmişik. Artıq meydanda öz oyunumuzu nümayiş etdirməliyik. Fiziki cəhətdən "Neftçi"ni "Ludoqorets"ə bənzətmək olar. Texniki və sürət baxımından da komandalar arasında müəyyn oxşarlıqlar var. Ancaq oyun üslublarına görə hər iki komanda bir-birindən fərqlənir".

Sabah Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail