Adrian Ropotan: "Qəbələ"də özümü rahat hiss edirəm" - MÜSAHİBƏ

21.08.2014 | 3624 dəfə oxunub

Mövsümlərarası fasilədə "Qəbələ"yə keçən rumıniyalı futbolçu Adrian Ropotan klubun rəsmi saytıan müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir.

- İlk turda “İnter”lə matçda oyunumuz alınmadı. Bu səbəbdən nəticə bizim üçün uğursuz oldu. İkinci turda doğma meydanda “Araz Naxçıvan”ı məğlub etməyi bacardıq. Oyun boyu bir çox qol epizodları yaratsaq da, yalnız birini reallaşdıra bildik. Ən önəmlisi 3 xalı qazanmaqdır. Bu qələbə ötən məğlubiyyəti unutmaq və gələcək oyunlara köklənmək üçün çox vacib idi. Hazırda komandada əla atmosfer hökm sürür.

- Növbəti turda səfərdə “Bakı” ilə qarşılaşacaqsınız. Hazırlıqlarınız necə gedir?
- “Bakı” ilə oyuna səylə hazırlaşırıq. Bu mövsüm ilk səfər qələbəmizi qazanmaq istəyirik. Məşqlərimiz və çalışmalarımız öz bəhrəsini verir. Ümid edirik ki, qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaqla bunu sübuta yetirəcəyik. Komandadakı yeni futbolçuların çoxluğunu nəzərə alsaq, oyun praktikası da önəmlidir. Tam komplektləşmək üçün hələ bir yerdə çox oynamalıyıq.

- Yeni futbolçulardan söz düşmüşkən, “Qəbələ”yə bu mövsüm qoşulan futbolçuların komandaya öyrəşdiyini demək olar?
- Bütün futbolçuların komandaya öyrəşdiyini əminliklə deyə bilərəm. Bunun müşahidə etmək üçün məşqlərimizi, gündəlik həyatımızı izləməyiniz yetərli olar. Baş məşqçimiz intizamlı, möhkəm, mehriban kollektiv qurmağı bacarıb. Özümüzü bir ailə kimi hiss edirik.

- Qəbələdə həyatınız necə keçir? Sözügedən şəhərin sakitliyinə öyrəşə bilmisinizmi?
- Burada gözəl təbiət, gülərüz, mehriban insanlar var. Qəbələnin sakitliyinə öyrəşmişik. Belə həyat tərzi məşqlərə, oyunlara diqqətimizi kökləmək üçün idealdır. Bizim üçün önəmli olan futbol oynamaq üçün gözəl şəraitin olmasıdır ki, bu baxımdan da bazamız bütün tələblərə cavab verir. Özümu burada çox yaxşı və rahat hiss edirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail