Tahir Gözəl: "Sadəcə bəxtimiz gətirmədi"

22.08.2014 | 2810 dəfə oxunub

"Tvente" Hollandiyanın ən güclü klublarından biridir. Buna baxmayaraq, oyun ərzində topa biz nəzarət edirdik. Yaxşı qol imkanlarımız oldu. Sadəcə bəxtimiz gətirmədi".

Stadium.az xəbər verir ki, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə ilk oyununu (0:0) şərh edərkən deyib.

T.Gözəl "Qarabağ"ın qrup mərhələsinə düşmək şansının daha çox olduğunu bildirib: "Qarabağ" günü-gündən Azərbaycanı şərəfləndirir. Oyundan sonra futbolçulara dedim ki, hələ işimiz bitməyib. Rəqib komandanın oyununa nəzərən deyə bilərəm ki, "Tvente" səddini keçə bilərik. Əsas odur ki, bu psixoloji gərginliyi başımızdan ataq və oyuna köklənək. 

"Qarabağ"ın mərhələ keçmək şansı daha çoxdur. Hər şey özümüzdən asılıdır. Səfərdə bir qədər çətin ola bilər. Çünki azarkeş dəstəyimiz olmayacaq. Bu oyunda azarkeşlərimiz möhtəşəm idilər. İlk dəfə idi ki, Azərbaycanda bu qədər azarkeş görürdüm. Avropada yaşayan azərbaycanlılara müraciət edərək deyirəm ki, səfər matçında bizə dəstək olsunlar. Qəlbimiz Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi "Neftçi" klubu ilə birgədir. İstəyirik ki, hər iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın". 

Bu komandalar arasında cavab oyunu avqustun 28-də, Hollandiyada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail