Əsədov yalan danışır, yoxsa onu istefaya məcbur ediblər?

29.07.2011 | 5010 dəfə oxunub

Çempionlar Liqasında Zaqreb "Dinamo"su ilə görüşlərdəki uğursuzluqdan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib. StadiumöAz saytı xəbər verir ki, komandanın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb. 

Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, "Neftçi"nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib. Müzakirələrdən sonra Arif Əsədovun istefa ərizəsi qəbul olunub.
rn
rnƏsədov bununla bağlı fikirlərini bildirib: "İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi"nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidir. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram".

rnrn

Yeri gəlmişkən, bu gün günorta saatlarında Arif Əsədovun komandadan getməsi  barədə oxuculara məlumat vermişdik.  Amma Əsədov bunu təkzib etmişdi.

rnrn«Neftçi»dən getməmişəm, işimə davam edirəm» sözlərini söyləyən Arif bəyin dürüstlüyü budur? Buradan ortaya iki sual çıxır, ya Əsədov ikiüzlülük edir, yada istefa verməyib, onu buna zorla məcbur ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail