Respublika stadionundan uzaqlaşdırılan rəhbər danışdı

27.08.2014 | 3068 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün bərbad vəziyyətə düşməsi ilə əlaqədər işdən kənarlaşdırılan "Sport Engeenering" şirkətinin rəhbəri Boris Kolev məsələ ilə bağlı açıqlama verib.O, mərkəzi stadionun ot örtüyünün qumun üzərində salındığını söyləyib:

"Tofiq Bəhramov ilə "Bakcell Arena"nın ot örtüyü qumun üstündə salınıb. Sizcə dəniz kənarındakı qumun üstündə ot bitər? Ona görə də, strukturu dəyişmək lazımdı. Otun yetişməsi, qidalanması üçün yeni nəsə fikirləşmək lazımdı. Yoxsa hər il eyni hala şahidlik edəcəyik. 2012-ci ildə təşkil olunan qızlar arasında dünya çempionatı ərəfəsində aidiyyatı qurumlar belə göstəriş vermişdi.

Yəni hər iki örtük qumun üzərində salınmalı idi. Səbəbini bilmirəm. Baxın, Bakıda yerləşən başqa stadionlarda qazon torpaq üzərində salınıb və həmin örtüklər istiyə daha çox dözür. Məsələn, 2011-ci ildə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təmir aparılanda həmin qazonu mən salmışam. Orada torpaqdı, qum yox. Aradakı fərq də bundadı".

Mənbə: "Futbol plus" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail