Mənsimovdan ən ağır xəbərdarlıq (Yazı)

30.07.2011 | 6978 dəfə oxunub

"Xəzər Lənkəran"ın sayəsində ölkənin idman ictimaiyyəti son bir həftəni boş oturmadı. Müzakirə etməyə mövzu tapdıq. Dinlədiyim çoxsaylı mülahizələrdən ağılabatanı da oldu, batmayanı da. Təbii ki, ən sonda öz düşüncəmi sizlərlə bölüşmək fikrinə düşdüm.

Beləliklə, Mübariz bəyin "Xəzər Lənkəran"ın heyətini baş məşqçi qarışıq buraxmaq niyyəti ilk növbədə Mirça Rednik ilə bağlı idi. Rednik heyətə yeni oyunçular cəlb edərkən klub rəhbərliyinə, özəlliklə Mənsimov qardaşlarından böyüyünə Avroliqada qrup mərhələsi söz vermişdi. Rumın çalışdırıcının sözünün üstündə necə durduğunu hamıya bəllidi. Bu amil, eləcə də Rednikin yeni transferlərinə xərclənəcək pulun fantastik rəqəmlərə çatması Mübariz bəyi radikal addım atmağa məcbur etmişdi. Büdcənin durmadan artması qarşılığında Avropa macərasının erkən qapanması "Palmali" şefinə alternativ seçim imkanı qoymamışdı. Ehtimal etmək olar ki, fəxri-prezidentin çox keçmədən qərarını dəyişməsi azarkeşlərlə bağlıdı. Fikrimcə,Mənsimov son anda Rednik kimi xırda fiqura görə Azərbaycandakı ən önəmli yatırımı və varlığını əldən çıxarmaqda səhvə yol verəcəyini anlayıb. O, eyni zamanda azarkeşlərə nümayişkaranə şəkildə göstərdi ki, onun üçün "Xəzər Lənkəran"dan imtina etmək, bu klubun mövcudluğuna son qoymaq saniyə söhbətidi. Bu yerdə dedi-qodulara da toxunmaq istərdim. Mənsimov kimi şəxsə "Azercell" kimi şirkətlə 30-35 milyonun bazarlığını etmək ayıbdı. Mübariz bəy Lənkərana 35 milyon xərcləməyib ki, bu qiymətə ondan imtina etsin.

Mənsimovun son hərəkətindən ən ağır dərs çıxarmalı olan orqan AFFA-dı. Çempionun taleyini meydanda bilinməsinə imkan verməyən, hər şeyi bağlı qapılar arasında müəyyənləşdirməyə alışan federasiya rəsmiləri dərk etməlidi ki, Mübariz Mənsimov məhz onların haqsızlığına görə minlərlə insanın inanc mənbəyini dəfn edə bilər. Hər halda, AFFA rəhbərliyi ilə mübarizəyə girişib Azərbaycanın nüfuzuna zərbə vurmaqdansa, "Xəzər Lənkəran"ın varlığına son qoymaq ən ideal seçim yoludu. AFFA rəhbərliyi dərk etməlidi ki, "Xəzər Lənkəran"ın məzarı üzərində süni üsullarla çiçəkləndirilən bir başqa komanda Azərbaycan üçün xoşbəxtlik və ya uğur gətirə bilməyəcək. Buna inanmırlarsa, tutduqları yoldan dönməsinlər. Əgər dönməsələr, indi olmasa da yaxın gələcəkdə keçmişdə "26-lar parkı", indi isə Sahil bağı adlanan ərazi 26 AFFA "fədaisi" adlandırılacaq.

İndi isə qayıdım əsas məsələyə.

"Xəzər Lənkəran"ın heyəti buraxılandan sonra Premyer Liqada mübarizə aparacaq əksər klub rəsmilərinin, ən əsas da məşqçilərinin üzü gülürdü. Güclü rəqiblərindən birinin sayının azalmasına görə. Azərbaycanlı təfəkkürüdü də! Ağlı başında olan insan əslində Lənkəran təmsilçisinin başına gələnlərin ardından ağlamalıdı. Axı eyni hadisə onların da başına gələ bilər. Axı Azərbaycanda futbol unikaldı. Axı Azərbaycanda futbolun ömrü 1 gün də ola bilər, min əsr də. Çünki Azərbaycanda futbol heç də futbol deyil. Bu gün pul varsa futbolabənzər nəyimizsə olacaq, yoxdusa olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail