Premyer Liqa: 4-cü tur rəqəmlərin gözü ilə

28.08.2014 | 2939 dəfə oxunub

Həftəsonu Premyer Liqasmızda 2014/15 mövsümünün 4-cü turunun oyunları keçiriləcək. Stadium.Az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə üç gün davam edəcək turun 2 oyunu Bakıda, 3-ü paytaxtdan kənarda baş tutacaq.

4-cü tur


29 avqust (cümə)


“Xəzər Lənkəran” – “İnter”

+4=15-9, top fərqi 24:30


29-cu dəfə qarşılaşacaq rəqiblərin duellərinin yarıdan çoxu heç-heçə başa çatıb. Qalibin müəyyənləşdiyi qarşılaşmalarda isə “İnter” üstünlüyə malikdir. Bakılılar son 7 qarşılaşmada uduzmayıb.


30 avqust (şənbə)


“Sumqayıt” – “Araz Naxçıvan”

indiyədək görüşməyiblər


Premyer Liqada fərqli vaxtlarda çıxış edən komandalar indiyədək üz-üzə gəlməyib. Bu dəfəki matç komandalar arasında ilk duel olacaq.


“Qəbələ” – AZAL

+5=6-7, top fərqi 15:26


AZAL 19-cu duel öncəsi müsbət saldoya malik olsa da, son matçlar “Qəbələ”nin üstünlüyü ilə keçib. Ötən mövsümə təsadüf edən son 4 matçda bakılılar cəmi 1 xal qazana bilib. Paytaxt təmsilçisi rəqib meydanındakı son 3 matçda qola, son 7 görüşdə isə qələbəyə həsrətdir


31 avqust (bazar)


“Qarabağ” – “Bakı”

+17=14-15, top fərqi 58:48


İlk dəfə 18 il əvvəl görüşən komandalar artıq 47-ci dəfə qarşılaşacaq. Üstünlüyə malik olan “Qarabağ” son 3 ev matçında da qalib gəlib. Ağdamlılar həmin görüşlərdə 3 və daha çox qolla 3 xalı əldə edib.


“Neftçi” – “Simurq”

+13=6-1, top fərqi 29:7


Zaqatala təmsilçisi ilə oyunlarda böyük üstünlüyə malik olan “Neftçi” cəmi 1 dəfə məğlubiyyət acısı yaşayıb. Təxminən 5 ildir rəqibinə yenilməyən bakılılar son 13 qarşılaşmada uduzmayıb. “Simurq” ötən mövsümün 4 görüşündə qol da vurmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail