Rusiyanın millimizə qarşı oynayacağı heyəti açıqlandı

29.08.2014 | 2732 dəfə oxunub

Rusiya millisinin sentyabr aylarında keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, baş məşqçi Fabio Kapello qarşıdakı oyunlarda 25 futbolçunun xidmətindən yararlanacaq.

10 gün öncə açıqlanan heyətdən 7 futbolçu - Aleksey Berezutski (CSKA, Moskva), Andrey Yeşenko ("Kuban"), Yevgeni Makeyev ("Spartak", Moskva), Yuri Qazinski ("Krasnodar"), Pavel Moqileveç ("Rubin"), Dmitri Tarasov ("Lokomotiv") və Kiril Pançenko (CSKA, Moskva) yığmadan kənarlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 3-də millimizlə yoxlama görüşündə qüvvəsini sınayacaq Rusiya yığması 5 gün sonra "Avro-2016"nın seçmə mərhələsinin ilk matçında Lixtenşteynlə qarşılaşacaq.

Qapıçılar: İqor Akinfeyev (CSKA, Moskva), Yuri Lodıqin ("Zenit"), Artem Rebrov ("Spartak", Moskva)

Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin (hamısı CSKA, Moskva), Vladimir Qranat ("Dinamo"), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi "Spartak") Andrey Semenov ("Terek"), İqor Smolnikov ("Zenit").

Yarımmüdafiəçilər: Denis Qluşakov ("Spartak"), İqor Denisov, Aleksey İonov (hər ikisi "Dinamo"), Alan Zaqoyev (CSKA, Moskva), Maqomed Ozdoev ("Rubin"), Aleksandr Səmədov ("Lokomotiv"), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi "Zenit").

Hücumçular: Artem Dzyuba ("Spartak"), Aleksandr Kerjakov ("Zenit"), Aleksandr Kokorin ("Dinamo"), Maksim Kanunnikov ("Rubin"), Dmitri Poloz ("Rostov"), Denis Çerışev ("Vilyareal", İspaniya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail