Tərlan Əhmədov: "Qələbə bizə çox vacib idi"

30.08.2014 | 2874 dəfə oxunub

Premyer Liqamızın IV turunda AZAL səfərdə “Qəbələ”ni 2-1 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini rəsmiləşdirib. Stadium.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "təyyarəçilər"in çalışdırıcısı Tərlan Əhmədov bunları dilə gətirib:

"Mövsüm başlayandan komandada böyük dəyişikliklər etmişik. Heyətə 12 yeni futbolçu cəlb edilib. İlk turlarda da demişdim ki, öz oyunumuzu göstərmək üçün hələ zamana ehtiyacımız var. Lakin bugünkü oyun da göstərdi ki, komanda üzvləri bir-birinə hələ tam uyğunlaşmayıb. Qələbə bizə çox vacib idi. Deyə bilmərəm ki, bu bizim üçün dönüş nöqtəsidir. Mövsüm uzundur, komandada özünəinam hissinin olması üçün qalib gəlməli idik.

Futbolda mübarizəsiz heç nəyə nail ola bilmərik. Ruslan Məcidov və Tomi Kostadinovun olmaması bizə müəyyən çətinliklər yaradır. Onlar yaxın zamanda komandaya qoşulacaqlar. İlk oyunda Rəşad Abdullayevi ehtiyatda saxlamışdım ki, ehtiyac olanda oyunda dönüş yarada bilək. Viktor İqbekoyi artıq neçə mövsümdür ki, komandadadır. Əvəzetmədən meydana daxil olub göstərdiyi əzmkar oyun ilə dönüş yarada bilir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail