"Zaqatalaya qələbə üçün gedəcəyik"

05.09.2014 | 3307 dəfə oxunub

Premyer Liqanın ilk 4 turundan sonra milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə qısa istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın gənc futbolçusu, klubun akademiyasının yetirməsi olan Elvin Camalov fasilə dövrü, ardınca keçiriləcək V turun “Simurq”la oyunu haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Fasilədən mümkün qədər yararlanıb, çıxışımızı tam hazır formada davam etdirəcəyik. “Simurq” yaxşı tanıdığımız bir komandadır. Yaranan fasilə Zaqatala klubu ilə matça yaxşı hazırlaşmaq üçün imkan verdi. Lazımınca hazırlaşıb səfər matçına qələbə üçün gedəcəyik”.

Camalov komandanın ilk 4 turdakı çıxışını da dəyərləndirib: “Fikrimcə, 4 turdan sonra nə isə söyləmək hələ tezdir. “Qəbələ” mövsümlərarası fasilədə heyətinə yeni oyunçular qatan komandadır. Bu üzdən də futbolçular arasında anlaşmanın, uyğunlaşmanın istənilən səviyyədə olması üçün müəyyən zamana ehtiyac var idi. Ümid edirəm ki, qarşıdakı oyunlarda bütün bunlar qaydasına düşəcək və qələbələri sıralayacağıq. Heyətin yeni qurulduğunu nəzərə alsaq, ilk 4 turdan sonra 6 xal toplamağımızı yaxşı nəticə kimi dəyərləndirmək olar. Növbəti turlarda “Qəbələ” potensialını tam ortaya qoya biləcək”.

Yalnız IV turun AZAL-la ev oyununu buraxan Camalov ilk 3 turda sonradan meydana daxil olub. 19 yaşlı yarımmüdafiəçi bu matçlardakı çıxışına da toxunub: “Üç görüşdə meydana çıxdım. Öz oyunumdan razı qalmadım. Çünki bundan da yaxşısını bacara bilərdim. Bunun üçün də öz üzərimdə çox çalışmalı, növbəti oyunlarda verilən şanslardan maksimum yararlanmalıyam. Baş məşqçimiz şans versə, növbəti turlarda da meydanda olub, komandam üçün əlimdən gələni edəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail