Rəşad Sadıqov: "Sabah məğlub da ola bilərik" - MÜSAHİBƏ

08.09.2014 | 3245 dəfə oxunub

Millimizin kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstanla keçiriləcək oyun haqda jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az təcrübəli futbolçunun müsahibəsini təqdim edir.


-Sabahkı oyunda müdafiə komandamızın xətti necə qurulacaq?
- Heyətlə bağlı bütün qərarları baş məqşçi verir. Adətən mərkəzdə Rasim Ramadanovla oynamışam. Heç vaxt Bədavi Hüseynovla milli komandada oynamamışıq. Bu dəfə isə onunla birgə çıxış edə bilərəm. bir oyuna görə müdafiəçilər haqda hökm vermək olmaz. Qıraqdan baxanlar oyunumuza daha yaxşı qiymət verə bilər. Zəif oynadığımı deyirlərsə, deməli, elədir.

- Rusiya ilə oyun asan olar, yoxsa Bolqarıstanla?
- Bu barədə danışmaq istəmirəm. Bunun sabah oyun göstərəcək.

-  Çoxları millimizin zəif oyununda legionerləri günahlandırır?
- Son seçmə mərhələdə Rüfət Dadaşov beş qol vurdu. Ufuk Budaq bizə çox faydalı oldu. Bütün yeni futbolçular da hərhalda kömək edir. Deməzdim ki, legionerlər komandada ab-havanı korlayır. Yerli futbolçular arasında da anlaşılmazlıqla rolur. Klublarda da bunun şahidi oluruq. Milli komanda bir ailədir. Biz bir-birimizə güvənməliyik.

- Sabahkı oyunda stadiona çoxlu azarkeş gələcəyinə inanırsan?
- Son rəsmi oyunumuz uğurlu alınıb. Azarkeşlər bizim ev oyunlarında yaxşı nəticə qazanacağımıza inanırlar. Sabah məğlub da ola bilərik. Əsas odur ki, yaxşı oyun sərgiləyək. Başa düşürük ki, sabah çox məsuliyyətli olmalıyıq. Rəqibimiz güclüdür, onların yaxşı heyəti  var. Onlar bizdən güclü sayılır. Ancaq sabah meydanda bunun əksini göstərməlyik. Azərkeşlərə sözüm odur ki, məğlub olsaq belə, bizi dəstəklmək lazımdır. Bizdə belədir ki, uduzuruqsa, oyunun 60-cı dəqiqəsində artıq azarkeşlər istefa şüarları səsləndirir. Biz qol vurduqdan sonra isə dəstək başlayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail