Bakı Olimpiya Stadionunun qiyməti nə qədərdir? UEFA AÇIQLADI!

11.09.2014 | 6304 dəfə oxunub

UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməyə namizəd ölkələrin sifariş ərizələri əsasında hesabat hazırlayıb. Stadium.az xəbər verir ki, hesabatda 19 şəhərin imkanları təhlil edilib.

Hesabatdan məlum olur ki, Bakıda gələn il istifadəyə veriləcək Olimpiya stadionu barədə də məlumat verilir. Bilirilir ki, 69870 tamaşaçı tutumuna malik arenanın tikintisinə 710 milyon avro sərmayə qoyulub. 

Bakı Olimpiya stadionu tutumuna görə, namizəd şəhərlər arasında yalnız Londondakı "Uembli" (90,652), Kardiffdəki "Millenium" (74,154) və Münhendəki eyniadlı arenadan (70,067) geri qalır. Bundan başqa stadionlardan 7-si Bakı Olimpiya stadionundan da gec hazır olacaq. Ölkəmizin imkanları barədə yüksək fikirlərin yer aldığı sənəddə azarkeşlər üçün lazımi sayda otelin olmaması çatışmazlıq kimi göstərilib.  

Çempionatın matçlarına ev sahibliyi edəcək 13 şəhərin adı sentyabrın 19-da açıqlanacaq. Hazırda namizədlərin sayı isə 19-du: Bakı (Azərbaycan), London (İngiltərə), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Yerusəlim (İsrail), Roma (İtaliya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Amsterdam (Hollandiya), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Stokholm (İsveç), Kardiff (Uels). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail