"Neftçi" - "Xəzər Lənkəran": prevyu

11.09.2014 | 2952 dəfə oxunub

Növbəni milli matçlarından təhvil alan Premyer Liqa "Neftçi" və "Xəzər Lənkəran" arasında matçla bu həftə diqqəti özünə cəlb edəcək. Stadium.Az Cənub klubunun rəsmi saytına istinadən xəbər verir ki, eyni dərəcədə hər iki tərəf üçün prinsipial olan bu oyun komandamızın baş məşqçisi Oğuz Çetin üçün ilk derbi olacaq. 

Türkiyəli mütəxəssis komandasını “Neftçi” önünə çıxaran 11-ci baş məşqçi kimi tarixə düşəcək. Maraqlıdır ki, rəqibi də “Böyük oyun”lara 11 çalışdırıcı çıxarıb. Baş məşqçi postuna 3 ildən sonra qayıdan Arif Əsədovun hesabında “Xəzər Lənkəran”la 8 qarşılaşma var.

Fikirləri oyuna cəmləşdirməklə yanaşı ənənəvi olaraq tarixə də nəzər salaq. Komandalar arasında bu günə qədər 33 qarşılaşma baş tutub. 34-cü duel öncəsi minimal üstünlük rəqib tərəfindədir. Belə ki, komandamız geridə qalan oyunlarda 9 qələbə qazanıb, 14 heç-heçə edib və 10 dəfə uduzub.

Toplam olaraq tərəflər arasında baş tutan bütün oyunlarda 66 qol vurulub. “Neftçi” 36, “Xəzər Lənkəran” 30 dəfə rəqib qapısına yol tapıb. Bu görüşlərin bombardiri bakılıların yarımmüdafiəçisi Flavinyodur – 7 qol. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə indi rəqib düşərgədə olan Julius Vobaydır – 3 qol. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov, Etame Mbilla isə hərəyə 2 dəfə fərqlənə bilib.

Çoxlu sayda yaddaqalan məqamlarla bol olan 33 görüşdən üçü Azərbaycan kuboku, biri Superkubok, 29-u isə Premyer Liqaya təsadüf edib. Hər turnirdə bir qarşılaşma neytral meydanda keçirilib. Digər 30 görüşdə isə komandalar hərəyə 15 dəfə ev sahibliyi edib.

İndiyədək səfərdə 2 qələbəsi olan komandamız bir dəfə Premyer Liqa, bir dəfə kubokda sevinib. 2011-ci ildəki son qələbə kubokun ¼ finalının bəzəyi olmuşdu – 4:3.

Qarşılaşma öncəsi komandamız tam tərkibdə məşqləri davam etdirir. Artıq Azərbaycan millisinin üzvləri olan Rahid Əmirquliyev, Rasim Ramaldanov və Rauf Əliyev də komandanın məşqlərinə qoşulublar.

Alfred Sanko isə Syerra Leone milli komandasının düşərgəsindən bu gün Bakıya qayıdacaq. Həmçinin milli komandaların heyətlərində olan Ağabala Ramazanov və Elnur Cəfərov da bügündən etibarən komandaya qatılırlar.

Zaman və məkan: 13 sentyabr, 17:30, İsmət Qayıbov adına Bakıxanov qəsəbə arenası. Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov. AFFA nümayəndəsi: Elbrus Abbasov. Hakim-inpektor: Əli Hüseynov.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail