Elnur Allahverdiyev: "Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəm"

11.09.2014 | 3089 dəfə oxunub

Xəbər verdiyimiz kimi “Neftçi” Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyevlə 2 illik müqavilə bağlayıb. Stadium.Az xəbər verir ki, təcrübəli müdafiəçi komandanın bu günkü məşqindən əvvəl klubun rəsmi saytına açıqlama verib:

“Neftçi” mənim üçün doğma klubdur və bura qayıtdığıma görə çox şadam. Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir. “Neftçi” hər zaman ən yüksək mükafatlar uğrunda mübarizə aparıb.

Təkcə onu deyim ki, komanda son 4 mövsümdə 3 dəfə ardıcıl çempion olub və 2 dəfə kuboku qazanıb. Çalışacağam ki, mənə göstərilən etimadı öz oyunumla doğruldum. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm və inanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail