Mirhüseyn Seyidov: " Baş məşqçi Bernhard Lippert məndən şübhələnirdi"

12.09.2014 | 3621 dəfə oxunub

U-21 millimizin son iki oyununa aparıcı futbolçulardan Mirhüseyn Seyidov dəvət almadı. Baş məşqçi Bernhard Lippert isə İsrail və Portuqaliyayla oyunlardan əvvəl bildirdi ki, Mirhüseynin milliyə çağırılmamasına Hüseynovun özü səbəbkardır. Çünki futbolçu özü millidə oynamaq istəmir. Stadium.az saytına açıqlamasında Mirhüseyn buna aydınlıq gətirdi:

Norveçlə oyunda baş məşqçi mənə şans vermədi. Mənim o yaşım deyil ki, şansımı gözləyim. Həmin görüşdən sonra qrupda iki oyunumuz qalırdı. Ona görə də məşqçilər korpusu ilə söhbətimdə bildirdim ki, mən meydana çıxmayacamsa, gənclərə şans vermək daha yaxşı olar. Fikrimi necə qarşıladıqlarını bilmirəm. Ancaq istədim ki, gənclərə şans verilsin. Bundan əlavə son vaxtlar xoşagəlməz söhbətlər yayılırdı. Meydana çıxmadığım oyunda belə, məğlubiyyətdə məni günahlandırırdılar. Baş məşqçi Bernhard Lippert məndən şübhələnirdi. Guya futbolçuların zəif çıxış etməsini mən istəmişəm. Bu söz-söhbətlərdən bezdiyim üçün belə addım atdım. Millimiz heç kimin atasının komandası deyil. Azərbaycan millisində oynayırsansa, əlindən gələni etməlisən. Əgər məşqçim mənə şübhə ilə yanaşırsa, oynamadığım oyunda da uğursuzluğu mənim üzərimə atırsa, milli komandada qala bilməzdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail