Starkov: "Bizə, hətta, uğursuzluq olanda belə dəstək lazımdır"

03.08.2011 | 4946 dəfə oxunub

Komandamızın baş məçqçisi Aleksandr Starkov yeni mövsümün astanasında fikirlərini bölüşür. Stadium.az saytı xəbər verir ki, klubun rəsmi saytına danışan Starkov işlərin qaydasında olduğu qənaətindədir. 

"Zənnimcə hər iki təlim-məşq toplantısı yüksək səviyyədə keçdi. Klub bizim üçün əla şərait yaratmışdı. Mən oyunçulardan, onların işə münasibətindən və hazırlığın gedişındən razı qazıyam. 

Kollektivimiz, tədricən, formalaşmaqdadır, əlbəttə ki, bu qısa bir proses deyil.  Ötən mövsümlə müqayisədə heyətdə böyük dəyişikliklər baş verib. Həyatın tələbinə uyğun olaraq bir çox futbolçularla yolları ayırdıq. Ötənilki uğursuzluqdan sonra bu labüd idi. Eyni zamanda komandaya yeni oyunçular gəlib. Onların hər birinin oyuna öz baxışı, yanaşma tərzi var. Onların uyğunlaşması üçün zaman tələb olunurdu. Bu proses hələ tam başa çatmayıb. Yeni komandanın yaranması dərhal baş vermir. 

Çətinliklər var, bununla belə, məncə, biz qarşıda duran vəzifələrin həllinə qadir olan kollektiv yaratmağa nail oluruq. 

Mən klubun  prezidentindən "bizim əsas məqsədimiz nədən ibarətdir, qarşıdan gələn mövüm üçün prioritetlərimiz nədir?" - sualına çox düzgün cavab aldım. 

O söylədi: "Bizə sözün əsl mənasında komanda yaratmaq lazımdır". 

Bu nə deməkdir?  Bu tək yaxşı oyun nümayiş etdirən, qollar vuran, qalib gələn komanda deyil. Əlbəttə ki, məğlubiyyətlər də olacaq. Ancaq əsası yaxşı və çətin günlərdə bir yerdə olan, dərdini və sevincini bölüşən vahid kollektiv yaratmaqdır.  Bizim ana məqsədimiz, məhz budur. Biz bu yolla irəliləyirik. 

Çempionatın əvvəllərində heç bir komanda əla vəziyyətdə olmur. Finişə qədər uzun məsafə var. Uğurlu başlanğıc olduqca vacibdir. Bununla belə, hazırlıq planını qabaqlamaq da olmaz. Birinci və ikinci təlim-məşq toplantıları zamanı biz testlər tətbiq etdik. İşimizin bəhrəsi kimi nəticələrin yüksəldiyinin şahidi olduq. Bunu həm adi gözlə, həm də texniki vasitələrin köməyi ilə görmək mümkündür. 

Orta sahədə və hücumda dəyişiklər etdik. Xüsusən də, hücum xəttinə diqqət ayırdıq. Şərti rəqib güclüdür, o bizim hücumların qarşısını almağa, dağıtmağa çalışır. Bunun üçün xüsusi hazırlıq tələb olunur. Komandamızın yeni üzvlərindən razıyam, onlar tək hücumda deyil, müdafiədə də yer alırlar. Ümid edirəm ki, mövsüm boyu futbolçuların inkişaf edəcəyinin şahidi olacağıq. 

Ötən mövsüm göstərdi ki, əgər kollektiv, komanda yoxdursa, qələbələrin sayı az olacaq. Bu gün biz yeni komanda qururuq. Bizə, hətta, uğursuzluq olanda belə dəstək lazımdır. Dəstək çətin günlərdə daha da önəmlidir. Əminəm ki, bunun qarşılığını görəcəksiniz. 

Azarkeşlərimizə söz verirəm ki, onların dəstəinin qarşılığını yaxşı oyunla və müsbət nəticə ilə verəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail