"Simurq"da hazırlıqlar tamamlandı: Matç saatını gözləyirlər

13.09.2014 | 3018 dəfə oxunub

Premyer Liqanın 5-ci turunda "Qəbələ"ni qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir saatdan artıq davam edən çalışmalar isinmə hərəkətləri ilə başlayıb.

Daha sonra qruplara bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Məşqdə dizindən əməliyyat olunan yeni transfer Vüqar Mustafayevdə iştirak edib.

İsinmə hərəkətlərindən sonra o və belində ağrılar olan Əli Gökdəmir komandadan ayrı, fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında çalışmaları davam etdirib. Bundan sonra istirahətə çəkilən Georgi Çixradzenin yetirmələri artıq qarşılaşmanın başlama saatını gözləyir.


"Simurq" - "Qəbələ" matçı bu gün saat 19:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail