"Qəbələ"nin 100-cü qələbəsi

13.09.2014 | 3187 dəfə oxunub

Azərbaycan çempionatının V turu “Qəbələ”nin əvəzedici komandası üçün yubiley qələbəsi ilə əlamətdar olub. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,Zaqatalada “Simurq”a 3:1 hesabı ilə qalib gələn Luis Araqonun yetirmələri “qırmızı-qaralar”ın bu yarışda 100-cü qələbəsini qazanıb.

Cari mövsüm ardıcıl 4-cü dəfə qalib gələn komanda əvvəlki 6 mövsümdə 96 dəfə 3 xala sevinmişdi. 2008/09 mövsümündə 26 oyundan 12-də qalib gələn “Qəbələ” hər birində 32 matç keçirdiyi növbəti 4 yarışda daha 57 dəfə qələbə qazanıb: 2009/10 – 18, 2010/11 – 16, 2011/12 – 18, 2012/13 – 15. Ötən mövsümdə 36 qarşılaşmada 17 dəfə qalib gələn “qırmızı-qaralar” bu müddətdə 2 gümüş, 2 bürünc medal qazanıb.

“Qəbələ” 100 qələbəsini 17 müxtəlif rəqiblə matçlarda qazanıb. “Simurq”u yubiley – 10-cu dəfə məğlub edən “qırmızı-qaralar” daha çox paytaxt təmsilçiləri “Bakı” (13) və AZAL-ı (11) üstələyib.
Qeyd edək ki, əvəzedicilərin çempionatında 195 oyun keçirən “Qəbələ” 100 qələbə qazanıb, 39 heç-heçə edib və 56 dəfə məğlub olub. Bu qarşılaşmalarda top fərqi 322-215-dir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail