Tərlan Əhmədov: "Qarabağ" adı futbolçularımda müəyyən həyəcan yaratmışdı"

13.09.2014 | 4201 dəfə oxunub

AZAL Premyer Liqanın V turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzdu. Stadium.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Tərlan Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini dilə gətirib:

“Millinin oyunları ilə əlaqədar olaraq, yaranmış fasilə bizə mənfi təsir göstərdi. Eyni zamanda, ola bilər ki, “Qarabağ” adı futbolçularımda müəyyən həyəcan yaratmışdı. Heyətdə müəyyən problemlər var. Amma yaxın vaxtlarda bunlar həllini tapacaq. Ruslan Məcidov və Tomi Kostodinov sıraya dönürlər.

Yerli futbolçulardan Təmkin hələ uyğunlaşmayıb. İstedadlı oyunçudur, amma, özünü göstərə bilmədi. Komandada heç kimin oyunundan razı qalmadım. “Qarabağ”a Avropa Liqasının qrup oyunlarında uğurlar arzu edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail