"Böyük oyun"larda 3 məqam

15.09.2014 | 2890 dəfə oxunub

“Neftçi” və “Xəzər Lənkəran” arasında Premyer Liqanın 5-ci turunda keçirilən “Böyük oyun” rekordlarla əlamətdar olub. Stadium.Az xəbər verir ki, bakılılar ardıcıl 4-cü ev oyununda qalib gəlib.

Bu isə “Böyük oyun”lar tarixinin rekordudur. “Ağ-qaralar” ötən mövsümün hər iki ev oyununda – 4:1 (02.11.2013) və 1:0 (29.03.2014), həmçinin 2012/13 mövsümündə 2:1 (15.09.2012) hesabı ilə  qalib gəlmişdi. Bu dəfəki 1:0 hesablı qələbə isə ev oyunlarındakı qələbə seriyasını 4-ə çatdırıb.

Bunadək “Böyük oyun”ların rekordu ardıcıl 3 ev qələbəsi idi. “Xəzər Lənkəran” 2011-ci il sentyabrın 10-da və 2012-ci il aprelin 22-də eyni – 1:0, 2012-ci il dekabrın 14-də isə 2:1 hesabı ilə qalib gəlməklə qonaqları xalsız qoymuşdu. “Neftçi”nin baş məşqçisi kimi bütün yarışlar nəzərə alınmaqla 9-cu dəfə “Böyük oyun”a qatılan Arif Əsədov sələfi Böyükağa Hacıyevin rekordunu təkrarlayıb. Onlar eyni komandanı “Böyük oyun”a daha çox çıxaran məşqçi kimi ən yüksək göstəriciyə malikdirlər.

Daha çox – 13 belə matçda iştirak edən Ağasəlim Mircavadov isə buna iki komandada nail olub. Əsədov 9-cu cəhddən ilk qələbəsinə şahidlik edib. “Böyük oyun”ların ən məhsuldar futbolçusu Flavinyo 8-ci qolunu vurub. Bununla da öz rekordunu yeniləyən braziliyalı ən yaxın izləyiciləri ilə fərqi artırıb. Zaur Tağızadə 4, Bahodir Nasimovla Julius Vobay 3 dəfə “Böyük oyun”da qol sevinci yaşayıb. Onlardan yalnız Vobay “Xəzər Lənkəran”ın, digərləri “Neftçi”nin heyətində bunu bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail