"Qarabağ"və Nərimanov RPİ-nin ortaq bəyanatı

16.09.2014 | 3042 dəfə oxunub

“Qarabağ” klubunun, Nərimanov Rayon Polis İdarəsinin və Tofiq Bəhramov adına Respublika stadionu rəhbərliyinin iştirakı ilə toplantı keçirilib.

Stadium.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, polkovnik Nizami İsmayılov, mərkəzi arenanın direktoru Akif İsmayılov və “Qarabağ” klubunun rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Sent-Etyen” oyunundan əvvəl “qara bazar”da biletlərin satılması və saxta biletlərin üzə çıxması ehtimalı məsələsi müzakirə olunub.

Görüşdə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi qanunsuz bilet satışının qarşısının alınması üçün ciddi tədbirlər görüləcəyini, həm qanunsuz bilet satışı ilə məşğul olanların, həm də saxta biletlər aşkarlanacağı halda buna yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.

Futbol azarkeşlərinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletləri klubun müəyyənləşdirdiyi qiymətlərlə almaları üçün ciddi tədbirlər görüləcəyi vurğulanıb.

“Qarabağ” klubu azarkeşlərdən xahiş edir ki, “Sent-Etyen”lə oyun üçün biletləri yalnız Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından alsınlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail