Əmrah Çəlikəl: "Çarter reysi ilə getsəydik, komanda uduzmayacaqdı?"

03.08.2011 | 6022 dəfə oxunub

Belçikada «Brügge»yə 1:4 hesablı məğlubiyyətdən sonra «Qarabağ»ın rəhbərliyi və məşqçi korpusu medianın tənqidləri ilə üzləşib. Məsələylə bağlı "Qarabağ"ın direktoru Əmrah Çəlikəlin müsahibəsini diqqətinizə çatdırırıq:

- "Brügge"yə məğlubiyyətdən sonra "Qarabağ"a yönəlmiş müəyyən tənqidlər var. Məğlubiyyətin əsas səbəblərindən biri kimi yorğunçuluq göstərilir. Bunu isə futbolçuların səfər oyununa çarter reysi ilə yox, daha qəliz marşrutla yollanması ilə əlaqələndirirlər.

- Necə yəni? Çarter reysi ilə getsəydik, komanda uduzmayacaqdı? Mən bu fikirlə razılaşmıram. Bildiyiniz kimi, Farer adalarına Bakı-İstanbul-Kopenhagen reysi ilə getdik. Səfər zamanı Danimarkada çox gözləmədik. Sadəcə qayıdanda komanda bir az gözləməli oldu. Eləcə də "Brügge" ilə səfər oyunu zamanı. Məncə, yorğunçuluğun əsas səbəbi bu deyil. Bu komanda üç ildir avrokuboklarda mübarizə aparır. Bundan başqa, milliyə oyunçu verir və eyni zamanda ölkə çempionatında çıxış edir.

- Nəzərə alaq ki, Avropanın bir çox klubları bu saydığınız işləri görür. Bəs, onlar niyə yorğunçuluqdan şikayətlənmirlər?

- Gəlin, bizim komandaları Avropa klubları ilə müqayisə edək. Əlbəttə, onlar daha az yorulurlar. Bunlara bir söz deyə bilmərəm. Amma baxın, onların şəraiti daha yaxşıdır və futbolçuları daha çox istirahət edirlər. "Qarabağ" Avropada çox uğurlu çıxış edən, tanınan və çəkinilən komandadır. Bu şərait altında bizim futbolçularımızın bu cür uğurlu çıxışı çox təqdirəlayiq haldır.

- Komandanın Avroliqanın son matçlarında - "Streymur"la səfər və ev oyunlarında, bundan başqa, "Brügge" ilə Belçikadakı görüşdə zəif təsir bağışlaması klubun səviyyəli transfer etməməsi ilə əlaqələndirilir. Buna münasibətinizi bilmək istərdik.

- Biz "Brügge" ilə oyundan əvvəl də futbolçu transfer edə bilərdik. Ancaq daha çox gənc və yerli futbolçulara üstünlük veririr. Bu özəlliyimizi də itirmək istəmirik. İstədiyimiz, maraqlandığımız yerli oyunçular var idi. Ancaq öz klubları ilə müqavilələri olduğundan, onların keçidini gerçəkləşdirə bilmədik. Ümumiyyətlə, bundan sonra legioner transferini daha da azaldacağıq. Bu isə bizim maddi durumumuzla əlaqəli deyil.

- Müzakirə olunan əsas mövzulardan biri də "Qarabağ"ın səfər oyunlarının canlı yayımlanmaması oldu. Yerli telekanallar bu işdən boyun qaçırdı. Bunu nəzərə alırıq. Bəs, klub tərəfindən niyə hər hansı təşəbbüs olmadı? Ən azından azarkeşləri nəzərə alıb, hər hansı bir varianta əl atmaq olardı.

- Mən daha əvvəlcə də demişdim. Yenə deyirəm, canlı yayımla bağlı bizim hər hansı bir telekanalla danışıq aparmağımız düzgün deyil. Futbolçuların oyununu, onların yorğunluğunu Avropa ilə müqayisə edəndə, niyə teleyayım məsələsini də düşünmürsünüz? Avropada necədir teleyayım haqqı? Elə vaxt olub ki, bizim oyunumuzun canlı yayımlanması üçün oradakı telekanala pul vermişik. Hər şeyi özümüz təşkil etmişik. Amma Farer adalarındakı oyunda stadionda tablo belə yox idi. Belçikada "Brügge" ilə keçirdiyimiz görüşü heç bir telekanal yayımlamadı. Litvadakı matçda da heç bir telekanal yox idi. Həmin görüş internetdən yayımlandı. Yəni bizim müdaxilə edə biləcəyimiz hər hansı vəziyyət yaranmadı. Bu sualı telekanalllarımıza versəniz, daha yaxşı olar.

- Premyer Liqanın ilk turunda "Neftçi" ilə oyun təxirə salındı. Buna səbəb nə oldu? Əgər bu görüş "Brügge" ilə oyundan əvvəl olsa idi, klub rəhbərliyini başa düşmək olardı. Hətta "Brügge" "Qarabağ"la matçdan əvvəl Belçika çempionatının ilk oyununda "Vesterlo" ilə qarşılaşdı və rəqibini darmadağın etdi.

- Altı gün əvvəl Belçikada "Brügge" ilə oynamışıq. Uzun yoldan gəlmişik. Sabah yenə matça çıxacağıq. Sabahkı oyundan iki gün sonra "Neftçi" ilə qarşılaşmaq futbolçulara əlavə çətinlik yaradacaqdı. Çünki ayın 10-da da Makedoniya ilə oyun var. "Neftçi" ilə oyunun təxirə salınması Azərbaycan futboluna ancaq xeyir verəcək.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail