"Rəvan"ın məşqçisi haqlarının tapdalanmasından danışdı

23.09.2014 | 3995 dəfə oxunub

Məlum olduğu kimi, bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda "Mil-Muğan"a "Turan-T" ilə matçda qələbə qazanmasına baxmayaraq, texniki məğlubiyyət verilib.

Belə ki, oyun bitdikdən sonra "Turan-T” klubu protokolda etiraz qeyd edib ki, rəqibin 3 №-li futbolçusu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxan (doğum tarixi: 11.11.1990) iştirak edib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılmış və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb.

"Mil-Muğan" ilk iki turda "Göyəzən" və "Rəvan"la qarşılaşmalarda da eyni saxtakarlığa yol verməsinə baxmayaraq, İntizam Komitəsi yalnız son turun oyunu üçün komandaya texniki məğlubiyyət verib.

Məsələylə bağlı Stadium.Az saytına danışan "Rəvan"ın məşqçisi Müşfiq Qənbərov bunları deyib: "Əgər hər hansı bir cinayətin üstü açılırsa, əvvəlki cinayətlər də nəzərə alınır. "Mil-Muğan" bizimlə 1:1 başa çatan oyunda da Fərid İbrahimlinin yerinə Orxan Məhərrəmovu oynadıb. Bundan başqa, ilk turda "Göyəzən"lə matçda da İmişli klubu saxtakarlığa yol verib.


Əgər komandaya saxtakarlığa görə texniki məğlubiyyət verilirsə, ilk iki turdakı eyni saxtakarlığa görə də texniki məğlubiyyət verilməlidi. Lakin İntizam Komitəsi ilk iki tur haqda heç nə deməyib. Bu da bizə qarşı haqsızlıqdı. Onsuzda bundan sonra yenə xallar yığacağıq. Mənim sözüm odur ki, hər şey ədalətli olsun. Sözümün arxasında da dururam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail