"Qarabağ"dan Avroliqada rekord göstərici

05.08.2011 | 4996 dəfə oxunub

"Qarabağ" Azərbaycanın avrokuboklarda 19 illik tarixində yeni rekord müəyyənləşdirib. Stadium.az saytı xəbər verir ki,  Ağdam təmsilçisi Avroliqada ev oyunlarını qol buraxmadan başa vurmaqla, ilkə imza atdı. 

Komandamız "Banqa" (Litva, 4:0), "Streymur" (Farer adaları, 0:0) və "Brügge" (Belçika, 1:0) ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi görüşlərdə qapısının toxunulmazlığını qoruya bildi. 

Bunun birinə millimizin də qapıçısı olan Fərhad Vəliyev, sonrakı ikisinə serbiyalı həmkarı Boyan Pavloviç nail oldu. Əslində, bu ildən "Qarabağ"ın əsas qapıçısı olan Pavloviç matçların 5-də, 1-də isə Vəliyev "çərçivə"də durdu. Boyan 6 oyunda qapısından 5 qol buraxdı ki, bunun 4-ü ona səfərdə "Brügge", 1-ni "Streymur" vurdu. Avroliqada bundan əvvəlki 2 mövsümdə "Qarabağ"ın əsas qapıçısı olan Vəliyev indi daha çox ehtiyatda qalır.

Avrokubok tariximizdə ən azı 3 mərhələdə iştirak edən "Qarabağ"la yanaşı, "Neftçi" olub. "Ağ-qaralar" 2008-ci ildə İntertoto kubokunda "Nitra" (Slovakiya), "Jerminal" (Belçika) və "Vaslui" (Rumıniya) ilə görüşüblər. Onda "Neftçi" ilk 2 mərhələdə (müvafiq olaraq 2:0 və 1:0) qol buraxmasa da, "Vaslui" (2:1) onun qapısına yol tapa bilmişdi. 

Həmin vaxtdan bu yana "Qarabağ"ın timsalında Avroliqada ən azı 3 mərhələdə iştirak edirik. Qurban Qurbanovun çalışdırdı komanda 2009-cu ildə evdə 3 oyunda 1 qol buraxmışdı ki, buna 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Finlandiyanın "Honka" klubu imza atmışdı. Ancaq "Qarabağ" "Rusenborq" (1:0) və "Tvente" (0:0) kimi güclü rəqiblərdən öz meydanında top buraxmadı. 

Ağdamlılar ötən il turnirdə 4 mərhələdə iştirak etdilər. Komandamız mərhələ keçmək baxımından rekord etdiyi bu mövsümdə (2010/11) bütün ev oyunlarında qapısında top gördü. Bu, Makedoniyanın "Metallurq" (4:1), Şimali İrlandiyanın "Portadaun" (1:1), Polşanın "Visla" (3:2) və Almaniyanın "Borussiya" (Dortmund, 0:1) ilə görüşlərdə baş verdi. Ümumiyyətlə, ötən il ağdamlılar yalnız Polşadakı oyunda (1:0) qol buraxmadı. Qurbanovun komandasına evdə son qolu ötən ilin avqustunda "Borsussiya"nın və Paraqvay yığmasının hücumçusu Lukas Barrios vurub. 

"Qarabağ" cari mövsümdə cəmi 1 dəfə uduzmaqla, öz rekordunu yenilədi. Əvvəlki rekord 2009-cu ilin yayındakı çıxışı zamanı "Tvente"yə 1:3 hesabı ilə yenildiyi vaxt olub. Klublarımızın avrokuboklarda mövsümdə 1 dəfə məğlub olması nadir hallarda müşahidə olunur. 

2 mərhələ oynayan klublarımızın statistikalarına nəzər alsaq, onlardan yalnız "Neftçi" 2004 və 2005-ci illərdə Çempionlar Liqasında evdə qapısını toxunulmaz saxlaya bilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail