Vüqar Nadirovdan 40-cı qol

30.09.2014 | 3213 dəfə oxunub

Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Stadium.Az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov yubiley 40-cı qolunu vurmaqla ilk “50-liy”ə daxil olub.

Premyer Liqanın VII turunun “Neftçi” ilə oyununda (3:1) komandasının sonuncu qolunun müəllifi olan 27 yaşlı hücumçu “40”a 4 klubun heyətində çatıb. “Qarabağ”da 26-cı dəfə fərqlənən Nadirov bu komanda üçün 9 mövsümdə rəqib qapılarına yol tapıb: 2001/02 – 2, 2003/04 – 3, 2004/05 – 4, 2009/10 – 2, 2010/11 – 1, 2011/12 – 2, 2012/13 – 5, 2013/14 – 5, 2014/15 – 2. “Karvan”da 6 (2008/09), “Xəzər Lənkəran”da 5 (2005/06 – 3, 2006/07 – 2) dəfə fərqlənən Vüqar “Masallı”nın 3 (2007/08) qoluna imza atıb.

40 qol vuran yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində ən çox qol vuran 49-cu oyunçu adına şərikdir. Junivan Suares, Fernando Peres, Samir A.Məmmədov və Mehman Allahverdiyev də eyni qədər qola sevinib. Buna 271-ci çempionat oyununda nail olan hücumçu hazırda Premyer Liqada çıxış edən oyunçular arasında yalnız ikisindən, AZAL-da çıxış edənlər – Rəşad Abdullayev (46) və Viktor İqbekoyidən (43) geri qalır.

Qeyd edək ki, “Neftçi” ilə oyunda daha bir futbolçu – Riçard Almeyda da yubiley qoluna imza atıb. Braziliyalı Azərbaycan çempionatlarında 20-ci dəfə fərqlənib.

pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail