"Bakı"da debüt edən futbolçular danışdı

01.10.2014 | 2420 dəfə oxunub

Şənbə günü ölkə çempionatında ilk qələbəsini qazanan “Bakı”nın heyətində daha iki yeni futbolçu debüt etdi. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Valeh Seyidov və Mahir Mədətov bu həyəcanı ilk dəfə yaşamaqla statistiklərin cədvəllərinə əlavə edildilər.

Hər iki futbolçu ilə görüşüb ilk oyunları ilə bağlı təəssüratlarını öyrəndik: Mahir Mədətov: “Hamımız üçün çətin oyun oldu. Həftə ərzində bu oyuna ciddi hazırlaşmışdıq. Oyuna bir neçə gün qalmış ürəyimə dammışdı ki bu matçda meydana çıxacam. Hətta oyunda vəziyyət yaxşı olmayanda meydana daxil olacağımı hiss etmişdim. Elə də oldu. Bir qol buraxmışdıq. Belə vəziyyətdə məşqçi mənə şans verdi. Demirəm ki oyunu dəyişə biləcək fövqəladə bir oyun göstərdim, ümumilikdə ilk oyunumun uğurlu alındığı qənaətindəyəm. Futbolu öyrəndiyim klubun əsas komandasında oyuna çıxdığım üçün sevincliyəm.

Valeh Seyidov: “Ilk oyunum olduğu üçün çox həyəcanlı idim. Debütümdə komandanın qələbə qazanması məni sevindirdi. Növbəti oyunlarda meydanda olduğum dəqiqələrin sayını daha da artırmağa, çalışıb daha yaxşı mübarizə aparacağam. Qol isə özü gələcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail