Qurban Qurbanov: "Məni də çətin sınaq gözləyir"
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib. Stadium.Az xəbər verir ki, gənc çalışdırıcı rəqibi haqda xoş sözlər deyib:
"Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Yaxşı məşqçiləri var. Demək olar ki, hər oyun fərqli heyətlə oynayırlar. Xüsusilə, çempionatda son məğlubiyyətdən sonra "İnter”in heyətində çox dəyişikilklər olacaq. Üstünlüyün rəqib tərəfində olduğunu bilirik.
Bizi çətin və ağır oyun gözləyir. Çalışacağıq ki, öz oyunumuzu göstərib, sərfəli nəticə qazanaq. Nəticənin bizim üçün nə qədər uğurlu olub-olmadığını oyundan sonra deyə bilərik. İndidən bu haqda düşünmək istəmirik. Fikrim komandanı oyuna düzgün hazırlamaqdı.
Əsas odur ki, "İnter”ə oynamağa imkan verməyək. Məni də çətin sınaq gözləyir. Belə komandaya qarşı oynamaq özü bir böyük təcrübədir. Sistemlərini bilirik, futbolçularına bələdik. Amma onlar meydana fərqli heyətlə çıxa bilərlər. Buradan xalla ayrılsaq, bizim üçün uğurlu nəticə olar.
Ola bilər ki, "İnter”in çempionatdakı 1:4 hesablı məğlubiyyəti hamını yanıldır. Bu gün qrupun favoriti "İnter”di. Bizə burada nə qədər çətin olacaqsa, "İnter”ə qarşı oynamaq "Sent Etyen”ə bundan da ağır olacaq. Komandanı Milana 3 gün əvvəl tez gətirdik. Belə bir proqram tutduq ki, futbolçular bir qədər də burada artıq olsunlar və buralara uyğunlaşsınlar. Həqiqətən də bu matçın yeri başqadı.
Baxmayaraq ki, biz "Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klublarından sayılır. İlk dəfə İtaliya klubuna qarşı oynayacağıq. İşğal olunduğu üçün ev oyunlarımızı Ağdamda keçirə bilmirik. Hər dəfə bu sual mənə veriləndə torpaqlarımızın düşmən tapdağı altında olmağı yadıma düşür. Bunu heç kimə arzulamıram. İnşallah, torpaqlarımız geri alınacaq və biz doğma meydanımızda oynayacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |