"Qəbələ"ylə oyunqabağı "Bakı"da iki itki

06.08.2011 | 5037 dəfə oxunub

"Bakı"nın 2 futbolçusu Azərbaycan Premyer Liqasının ilk turunda iştirak etməyəcəklər. Stadium.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi Stevan Bateslə milli komandamızın da üzvü olan yarımmüdafiəçi Əziz Quliyev "Qəbələ" ilə sabahkı səfər oyununda meydana çıxmayacaqlar. Onlar son məşqdə komandadan ayrı həkim nəzarəti altında çalışıblar. Bates əzələsi dartdığından, Əziz isə əməliyyatdan sonra bərpa prosesini davam etdirdiyindən, "Bakı"dan ayrı hazırlaşıblar. 

"Zolaqlılar" son məşqini Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Fiziki təmrinlər üzrə başlayan məşq ardından topu çalışmalarla davam edib, qapıya zərbələrlə yekunlaşıb. Bu səhər Qəbələyə yola düşən komanda son məşqini saat 18:00-da oyunun keçiriləcəyi şəhər stadionunda keçirəcək. Sabah 2 komanda arasında görüş də həmin vaxt başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail