Naci Şensoy rəsmən «Turan»ın baş məşqçisi oldu və çox iddialı danışdı

27.12.2010 | 5734 dəfə oxunub

Bu gün türkiyəli mütəxəssis Naci Şensoy rəsmən «Turan»ın yeni baş məşqçisi təyin olunub. Bununla əlaqədar klub rəsmiləri bu gün təqdimetmə mərasimi keçiriblər. Mərasimdə klubun prezidenti Musa Süleymanov da iştirak edib. Şensoy təyinatdan sonra bunları söylədi: «Komandanın keçmiş ruhunu, şöhrətini özünə qaytarmağa çalışacağıq. Tovuzluların ən böyük fəxri "Turan" idi. Rayonda olarkən, azarkeşlərlə görüşdüm. Onlar məndən komandanın əvvəlki şöhrətini özünə qaytarmağımı istədilər. Əlbəttə, məqsədim Azərbaycan futboluna xeyir verməkdir. Maya qədər buna nail olacağımıza inanıram. Eyni zamanda, paralel olaraq gələn mövsüm ilk "altılıq" uğrunda mübarizə aparacağımız heyəti qurmağa çalışacağıq. Tovuzda olan istedadlı uşaqların xidmətindən yararlanacağıq. Bəli, indi şərait dəyişib. Baxın, bir vaxtlar İngiltərə çempionatında oyunlar müdafiədən hücuma top ötürmək üzərində qurulmuşdu. Onlar uğuru bunda axtarırdılar. Ancaq kənardan dəvət edilən məşqçilər müəyyən dəyişiklik etdilər. Arsen Vengeri misal çəkə bilərəm. O, gənc və istedadlı futbolçuları yetişdirib, baha qiymətə satmaqla kluba pul qazandırır. Bu paralelliyi mən də "Turan"da reallaşdıracağam. 2004/05 mövsümündə bunu reallaşdıra bilərdik. Ancaq indi klublar çox dəyişib. O vaxt 5 futbolçu yetişdirib, U-21 və digər aşağı yaşlı yığmalara qazandırdıq. "İnter"lə paytaxtda keçirdiyimiz oyunda qapını təcrübəli Oleq Belyakova deyil, 19 yaşlı Kamran Ağayevə tapşırdım. Həmin qarşılaşmada iki qol məhz onun kobud səhvindən vurulub. Hətta ona şans verdiyimə görə, məni mətbuat nümayəndələri də qınayırdılar. Kamran indi yığmada oynayır. Onu "Beşiktaş" transfer etmək istəyir. Fikrimcə, Kamran İker Kasilyasdan daha yaxşı qapıçıdır.  Bu gün klub rəhbərliyi ilə bir hədəf qurmuşuq. Klubumuzda 500 uşaq məşq edir. Transfer işlərində 80 faiz düzgün addım atsaq, deməli, işlər qaydasındadır. Ancaq bu gün "Qalatasaray"da bunun əksini görürük. Transfer çalışmaları zamanı 80 faiz yanlışlığa yol verilib. Əvvəlki illərdə Asen Nikolov, Daribor Draqiç kimi futbolçuları heyətə qatmaqla, gənclərin onlardan nəsə öyrənməsinə şərait yaratdıq. Bu dəfə də belə edəcəyik. Mən düşündüyümü hər zaman ortaya qoyuram. Kimsə fikrimi söyləməyimə qarşı çıxa bilməz. Fikrimcə, bu mövsüm çempionluq uğrunda mübarizə "Neftçi" və "Xəzər Lənkəran" arasında gedəcək. Köməkçilərimə gəldikdə, peşəkar məşqçi kimi hara getmişəmsə, öz briqadamla getmişəm. 2004-cü ildə də belə olmuşdu. Ancaq bugünkü şərtləri nəzərə almaq məcburiyyətindəyəm».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail